Qaraburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 945,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən qərbə ayrılan eyniadlı qolun qurtaracağında zirvə. Sədərək kəndindən 4 km şimal-qərbdədir. Orta Devonun Eyfel mərtəbəsinin orta və üst yarımmərtəbələrinə aid Danzik və Qurdqapısı lay dəstələrinin karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış Heydərabad sinklinalının qərb qanadında yerləşir.
| Qaraburun dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 945,8 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Həmçinin bax:
- Qız-gəlin dağı
- Abdal (dağ)
- Elti dağı
- Ağaverdi dağı
- Qapıcıq dağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraburun dağı haqqında məlumat. Qaraburun dağı nədir? Qaraburun dağı nə deməkdir?