Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Şimal qərbdən cənub şərqə doğru təqr

Qarabağ silsiləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağ silsiləsi

Qarabağ silsiləsi — Azərbaycanın cənub qərbində dağ silsiləsi.

Qarabağ silsiləsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.832 m
Yerləşməsi
39°35′01″ şm. e. 46°44′37″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Qarabağ silsiləsi xəritədə
Qarabağ silsiləsi
Qarabağ silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Şimal qərbdən cənub şərqə doğru təqribən 100 km məsafədə uzanır. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafıq olaraq c.-q. və c. yamacları Azərbaycan Respublikası (Naxçıvan M. R) ərazisindədir. Zəngəzur silsiləsi cənub şərqində Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın silsilələri arasında ən yüksəyidir. Ən hündür zirvələri (Qapıcıq d. — 3904 m, Qazangöldağ — 3829 m və s.) silsilənin c. hissəsindədir. Zəngəzur silsiləsindən c.-q. istiqamətində çoxlu köndələn qollar ayrılır. Burada ön dağlıq üçün ekstruziv və lakkolitlərin əmələ gətirdiyi təcrid olunmuş qayalıq yüksəkliklər (İlandağ — 2415 m, Xanağa 1910 m, Əlincə — 1810 m və s.) səciyyəvidir Zəngəzur silsiləsindən q.-də enlik istiqamətində uzanan Dərələyəz silsiləsi (Kükü d. — 3210 m, Keçəldağ — 3118 m) yerləşir. Silsilədən c.-da, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Hər iki silsilənin c. və c.-q. ətəkləri bir-birindən tirə və yüksəkliklərlə ayrılan və Araz çayının sol sahili boyunca uzanan maili düzənliklərlə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı və s.) əhatələnir. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən və iri sönmüş vulkan konusları (Qızılboğaz — 3581 m, Böyük İşıqlı — 3550 m, Alagöllər — 3178 m və s.) ilə səciyyələnən dalğavarı səthə malik Qarabağ vulkanik yaylası geniş yer tutur. Burada orta hünd. 2000–2500 m-dir. Yayla şm.-dan c.-a. doğru daralaraq alçalır, Bərgüşad və Həkəri çaylarınm qovuşduğu yerdə qurtarır. Talış dağ sisteminin şm.-ş. hissəsi Azərbaycan Respublikası ərazisindədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağ silsiləsi haqqında məlumat. Qarabağ silsiləsi nədir? Qarabağ silsiləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Seriyalı qatil

  • Fevral 27, 2026

    I Mirian

  • Fevral 27, 2026

    Pulcuqlular

  • Fevral 27, 2026

    Axvax dili

  • Fevral 27, 2026

    Jerar Pike

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst