Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dərələyəz silsiləsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiq

Dərələyəz silsiləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Dərələyəz silsiləsi

Dərələyəz silsiləsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiqamətində uzanır. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m-ə yaxın) dağının qərb hissəsindən başlayaraq, Biçənək aşırımına qədər uzanır. Zəngəzur silsiləsilə birləşir. Uzunluğu 70 km, ən hündür zirvəsi Küküdağdır (3120 m).

Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi. Şahbuz rayonu
Dərələyəz silsiləsi. Şahbuz rayonu
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3120 m
Uzunluğu 70 km
Hündür nöqtəsi Küküdağ
Yaranma dövrü Palezoy, Mezozoy
Süxurları əhəngdaşı, qumdaşı, kvarsit, şist
Yerləşməsi
39°35′ şm. e. 45°25′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi Naxçıvan
Dərələyəz silsiləsi xəritədə
Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi

Mündəricat

Geoloji quruluşu

Silsilənin qərb hissəsi Paleozoy və Mezozoyun çökmə süxurlarından (əhəngdaşı, qumdaşı, kvarsit, şist və s.) ibarətdir. Daha çox üst təbaşir və trias sistemi fasiyaları üstünlük təşkil edir. Şərq hissəsi Paleogenin çökmə vulkanogen süxurlarından və Neogen lavalarından ibarətdir.

Coğrafiyası

Batabat gölü. Şahbuz rayonu

Silsilənin qərbində Gəlinqaya dağından cənuba doğru uzanan tirənin üzərində Qaraqurt (2500 m) zirvəsi ucalır. Hər iki dağın cənub-qərb yamacı Qarabağlar-Tənənəm maili düzənliyinə dik enir. Gəlinqaya dağı ilə Küküdağı arasında silsilənin yüksəkliyi 2500 m-ə qədərdir. Bu hissə Arpaçay ilə Cəhriçay arasında suayrıcı yaradır. Burada ən hündür zirvə Keşəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Silsilədən Qaranquş, Cəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhri çayından şimaldakı əsas hissəsi şərqə və cənub – qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900–3110 m-dir (Sipər dağı – 3117 m, Keçəldağ – 3118 m, Küküdağ 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal – şərq qurtaracağı hündürlüyü 3087 m olan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Cəhriçayından (Naxçıvançayın sağ qolu) qərdəki hissəsi qövs şəklində Araz çayına tərəf alçalır. Kükü dağı ilə Biçənək aşırımı arasında qalan bu hissə şimala doğru meyil etmişdir. Silsilə çox yerdə şaxələnmiş və çay dərələri ilə kəsilmişdir. Silsilənin şimal hissəsi Arpaçayın sol, cənubu isə Naxçıvançayın sağ qolları ilə parçalanmışdır. Әsasən, dağçöl və dağçəmən landşaftı inkişaf etmişdir. Yay otlaqları var.

Həmçinin bax

  • Zəngəzur silsiləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərələyəz silsiləsi haqqında məlumat. Dərələyəz silsiləsi nədir? Dərələyəz silsiləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İsra surəsi

  • Fevral 25, 2026

    Qapıcıq (dağ)

  • Fevral 23, 2026

    Roma

  • Fevral 25, 2026

    Panteon

  • Fevral 24, 2026

    Paleogen

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst