Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənən 10 Qarabağnamə mövcuddur:

Qarabağnamələr

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağnamələr

Qarabağnamələr — Qarabağ xanlığının tarixini öyrənmək üçün mühüm tarixi mənbə.

Əhvalati-Qarabağ

Mündəricat

Qarabağnamələr

Azərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənən 10 Qarabağnamə mövcuddur:

  1. Mirzə Adıgözəl bəy "Qarabağnamə";
  2. Mirzə Camal Cavanşir Qarabaği "Tarixi-Qarabağ";
  3. Əhməd bəy Cavanşir "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair";
  4. Mirzə Yusif Qarabaği "Tarixi-safi";
  5. Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ";
  6. Rzaqulu bəy Mirzə Camal oğlu "Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri";
  7. Mirzə Rəhim Fəna "Tarixi-cədidi-Qarabağ";
  8. Məhəmmədəli bəy Məxfi, "Əhvalati-Qarabağ";
  9. Həsən İxfa Əlizadə "Şuşa şəhərinin tarixi"
  10. Həsənəli xan Qaradaği "Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları".

Qarabağ atları haqqında

Bu məlumatlar o qədər də sistemli göstəriş olmasa da hər halda Qarabağ xanlığında heyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Rzaqulu bəy Mirzə Camal oğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çox doğar madyandan ibarət olduğunu qeyd etmişdir.

"Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Bu qaynaqlara əsasən iddia etmək olar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qoşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl forması ilə fərqlənirdi.

Məlumdur ki, at bütün dövrlər üçün sərfəli nəqliyyat növüdür. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayırdı. Atdan Qarabağ xanlığında nadir hallardakənd təsərrüfatı işlərində — əsasən xırmanlarda dərzlər döyülərkən istifadə olunurdu.

1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1831-ci ildə Qarabağda bir atın qiyməti 30 çervondan 300 çervona qədər idi ki, bu da öz dövrü üçün kifayət qədər böyük məbləğ idi.

Qarabağ xanlığının ixracatında Qarabağ atları heç də az rol oynamırdı.

Həmçinin bax

  • Qarabağnamə (opera)
  • Dərbəndnamə
  • Əxbarnamə
  • Şəki xanlarının müxtəsər tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağnamələr haqqında məlumat. Qarabağnamələr nədir? Qarabağnamələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayatı

  • Fevral 27, 2026

    Alpamış

  • Fevral 27, 2026

    İvan Abxazov

  • Fevral 27, 2026

    Enn

  • Fevral 27, 2026

    Kalka (dilçilik)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst