Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraçaqay xan (İrəvan – 25 mart 1625) — erməni əsilli Səfəvi sərkərdəsi. Böyük çini kolleksiyası və I Şah Abbasa sədaqətli xidməti ilə tanınırdı. Qaraçaqay xan

Qaraçaqay xan

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraçaqay xan

Qaraçaqay xan (İrəvan – 25 mart 1625) — erməni əsilli Səfəvi sərkərdəsi. Böyük çini kolleksiyası və I Şah Abbasa sədaqətli xidməti ilə tanınırdı. Qaraçaqay xan gürcü üsyançılarına qarşı ekspedisiyaya komandanlıq edərkən öldürüldü.

Qaraçaqay xan
fars. قرچغای خان‎
erm. Ղարաչաղայ Խան
Baş komandan
1616 – 1626
ƏvvəlkiŞahqulu sultan Ustaclı
SonrakıII Zeynal xan Şamlı
Təbriz bəylərbəyliyi
1618 – 1620
ƏvvəlkiŞahbəndə xan Pörnək-Türkman (1-ci dəfə)
SonrakıŞahbəndə xan Pörnək-Türkman (2-ci dəfə)
Xorasan bəylərbəyliyi
 • Məşhəd hakimliyi
1618 – 1625
ƏvvəlkiŞahnəzər xan Təkəli
SonrakıƏbu əl-Fəth Mənuçöhr xan
Şəxsi məlumatlar
Doğum yeri İrəvan, Səfəvilər dövləti
Vəfat tarixi 1625
Vəfat yeri Gürcüstan
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Məşhəd
Fəaliyyəti hərbi lider[d], dövlət rəsmisi
Atası Mənuçöhr xan
Uşağı Əbu əl-Fəth Mənuçöhr xan
Dini İslam, on iki imam şiəliyi
Hərbi xidmət
Mənsubiyyəti Səfəvilər
Qoşun növü Səfəvi imperiyasının ordusu
Döyüşlər
  • Səfəvi-Osmanlı müharibəsi,
  • Bağdadın tutulması (1624),
  • Bağdadın mühasirəsi (1625–1626),
  • Ağaiani döyüşü,
  • Sufiyan döyüşü,
  • Martqopi döyüşü
Rütbəsi
  • general
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hərbi iş, mesenat[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Məhkəmə səhnəsi", İran, 1620-ci il. Qaraçaqay xan qırmızı paltoda nəzərə çarpan bığ ilə sağda dayanıb.

Karyera

İrəvanda xristian bir erməni olaraq anadan olmuş Qaraçaqay uşaqlıqda qul olmuş və bir qulam olaraq böyüdülmək üçün Səfəvi sarayına gətirilmişdir. Karyerasına şah dərzilik emalatxanasında başlamış və tezliklə Səfəvi ordusunda artilleriya zabiti kimi fərqlənmişdir. 1605-ci ildə silahlı alaya rəhbərlik edən Qaraçaqay bəy eyni zamanda əslən gürcü mənşəli bir qulam olan Allahverdi xanın komandanlığı altında I Abbasın Təbriz yaxınlığındakı Sufiyanda Osmanlı qüvvələri üzərində qələbəsinə töhfə verdi.

Səfəvi ordusu və idarəsindəki karyerası boyunca Qaraçaqay 1610-cu ildə Şah Abbasa hədiyyə etdiyi qiymətli çini kolleksiyasını topladı. Qısa müddətdən sonra Qaraçaqaya muqarab al-hazrat ("ali həzrətin yaxını") adı verildi,bu ad Şahın yaxın yoldaşları üçün ayrılmışdır. 1616-cı ildə xan titulunu aldı və Səfəvi ordusunun baş komandanı təyin edildi. Xəlil Paşanın başçılığı ilə Osmanlı qoşunlarının məğlubiyyətindən bir il sonra Təbrizin və bütün Azərbaycanın bəylərbəyi oldu, lakin tezliklə şah tərəfindən 1618-ci ildə Xorasanın şimal-şərqində Məşhəd bəylərbəyi kimi xidmətini davam etdirmək üçün geri çağrıldı. Abbas 1624-cü ildə nəvəsi ilə Kartli çarı (əslində təyin olunan xan) Semayun xanla (II Simon) evlənmək qərarına gəldikdə, Qaraçaqay xan xristian erməni əsilli və uşaqlıq dostu olan Yusif xana da toy məclisinin ilk müddətində ziyafət verməyi əmr etdi. Elə həmin il Səfəvi gürcü zabiti Murav bəy (Georgi Saakadze) ilə birlikdə Qaraçaqay xan Gürcüstandakı üsyançılara qarşı cəza ekspedisiyasını təşkil etdi. Murav bəy Martqopidə Səfəvi ordusu düşərgəsinə gözlənilmədən hücum edən və Qaraçaqay xanı və onun oğullarından biri İmamverdi xanı öldürən üsyançılarla sui-qəsdə başçılıq etdi. Hər ikisi Məşhəddə bir ailə türbəsi kompleksində dəfn edildi.

Qaraçaqay xanın digər övladlarından Əbu əl-Fəth Mənuçöhr xan (vəfatı 1636) Məşhəd qubernatorluğuna (bəylərbəyi) yüksəldi və Əliqulu xan Qum darğası və şah kitabxanasının rəhbəri oldu. Mənuçöhr xanın oğlu II Qaraçaqay xan (vəfatı c. 1668), eyni zamanda Məşhəd bəylərbəyi idi. Onların hamısı təhsil və mədəniyyətin hamisi kimi tanınırdılar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraçaqay xan haqqında məlumat. Qaraçaqay xan nədir? Qaraçaqay xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sürməli qəzası

  • Fevral 27, 2026

    Timuçin Əfəndiyev

  • Fevral 27, 2026

    Endre Adi

  • Fevral 27, 2026

    Ceyms Qoslinq

  • Fevral 27, 2026

    Biokimya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst