Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan

Timuçin Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Timuçin Əfəndiyev

Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru.

Timuçin Əfəndiyev
Doğum tarixi 17 iyul 1945 (80 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası İlyas Əfəndiyev
Elm sahəsi Ədəbiyyatşünaslıq Sənətşünaslıq
Elmi dərəcələri filologiya elmləri doktoru, professor
İş yeri
  • Bakı Xoreoqrafiya Akademiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20132013 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20152015
"Şöhrət" ordeni — 20052005 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
efendiyevtimuchin.org

Mündəricat

Həyatı

Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır. T. Əfəndiyevin rektorluğu dövründə cəmi iki ixtisasdan ibarət üçüncü dərəcəli İncəsənət İnstitutu, Bakı Dövlət Universitetindən sonra universitet statusu almış ilk təhsil müəssisəsi olaraq, 32 ixtisas üzrə kadr hazırlığı aparan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il Sərəncamı ilə professor T. Əfəndiyev yeni yaradılmış Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksinin) rektoru vəzifəsinə təyin edilmişdir.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifələrində çap olunan Timuçin Əfəndiyev, sonrandan yüzlərlə elmi publisistik məqalələrin, Azərbaycanda və xaricdə nəşr olunmuş çoxsaylı kitabların və monoqrafiyaların müəllifi olmuşdur. Professor Timuçin Əfəndiyev bir çox beynəlxalq elmi konfranslarda məruzəçi kimi iştirak etmiş, ABŞ, İngiltərə, İtaliya, Türkiyə, İran, Misir və bir çox ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği işində xüsusi xidmətlər göstərmişdir.

Mükafatları

  • Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət ordeni"
  • Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
  • Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar elm xadimi
  • Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
  • Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalı.
  • "Humay" Mükafatı laureatı.
  • "Akademik Yusif Məmmədəliyev adına mükafat"ın laureatı.
  • Dövlətlərarası mədəni əlaqələrin genişlənməsindəki xidmətlərinə görə, mədəiyyət və incəsənətə dair fundamental elmi tədqiqat əsərlərinin yazılmasına görə Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü.
  • "Dünyanın aparıcı pedaqoqu" (İngiltərənin Kembric Universitetinin Biblioqrafik Mərkəzi)
  • "Cümhuriyyətin 100 illiyi" və bir çox medallarla təltif olunmuşdur.

Ailəsi

Evlidir. Bir qızı, iki oğlu var.

  • Xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.
  • Xalq yazıçısı Elçinin qardaşıdır.
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müşaviri, diplomat, kulturologiya üzrə elmlər doktoru, dosent Nigar Əfəndiyevanın atasıdır
  • Rəssam, aktyor Yalçın Əfəndiyevin atasıdır.
  • İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tural Əfəndiyevin atasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Timuçin Əfəndiyev haqqında məlumat. Timuçin Əfəndiyev nədir? Timuçin Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Avropa Zirvəsi

  • Fevral 27, 2026

    Türkiyədə təhsil

  • Fevral 27, 2026

    Kafe

  • Fevral 27, 2026

    Arxeoloji qazıntı

  • Fevral 28, 2026

    Kuhgiluyə bəylərbəyliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst