Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaqauziya Respublikası (qaq. Gagauz Respublikası) —  keçmiş Moldova SSR ərazisində öz-özünü elan etmiş respublika. hüquqi olaraq 1990-cı ildən 1994-cü ilədək, f

Qaqauziya Respublikası

  • Ana Səhifə
  • Vikipediya
  • Qaqauziya Respublikası

Qaqauziya Respublikası (qaq. Gagauz Respublikası) —  keçmiş Moldova SSR ərazisində öz-özünü elan etmiş respublika. hüquqi olaraq 1990-cı ildən 1994-cü ilədək, faktiki olaraq isə 1995-ci ilə qədər mövcud olmuşdur. 1994-cü ilin dekabrı — 1995-ci ilin iyul tarixləri ərzində dinc yol ilə Moldova Respublikasının ərazisinə daxil edilmişdir. Hazırda Qaqauziya adlı muxtar ərazidi.

Tanınmayan
Qaqauziya Respublikası
qaq. Gagauz Respublikası
Bayraq Gerb
Bayraq Gerb
Qaqauziyanın xəritəsi
Qaqauziyanın xəritəsi
12 noyabr 1989 — 14 yanvar 1995
Paytaxt Komrat
Dil Qaqauz dili, Rumın dili, rus dili, Moldav dili
Rəsmi dilləri Qaqauz, rus və moldav
Din şərqi ortodoks xristianlıq
Pul vahidi SSRİ rublu, Moldova leyi
Ərazisi 1848
İdarəetmə forması respublika
Prezident
 • 1991 - 1995 Stepan Topal

Mündəricat

Tarixi

İlkin dövr

Qaqauz xalqının problemləri haqqında ilk diskussiya 1980-ci illərin sonunda yarandı.

21 may 1989-cu ildə Qaqauz xalqının nümayəndələrinin birinci qurultayı keçirilmişdir. Beləliklə qaqauzların "Qaqauz Xalqı" adlı ictimai hərəkatı yarandı.

1989-cu il noyabrın 12-də Qaqauz xalqının nümayəndələrinin Fövqəladə qurultayı keçirildi, orada  Moldova SSR-in tərkibində Qaqauz Muxtar Sovet Sosialist Respublikası elan edildi, amma ertəsi gün Moldova SSR Ali Sovetinin Rəyasət Heyəti Fövqəladə qurultayının qərarını ləğv edib onu konstitusiyaya zidd olduğunu adlandırdı.

Respublikanın elan edilməsi

1990-cı il avqustun 19-da Moldova SSR-in cənubi çöl xalq deputatlarının I qurultayı keçirildi, orada "Qaqauz xalqının Moldova Respublikasından azadlıq və müstəqillik haqqında bəyannamə" qəbul edildi və SSRİ tərkibində Qaqauziya Respublikası elan edildi. Avqustun 21-də Moldova SSR Ali Soveti Rəyasət Heyətinin fövqəladə iclasında Respublikanın elan edilməsi qərarı qanunsuz, deputatların qurultayının keçirilməsi isə konstitusiyaya zidd saydı.

"Separatizmin qarşısını almaq" məqsədilə Moldova könüllülər dəstəsi milis dəstələrinin müşayiəti ilə Qaqauziyaya daxil oldu. Qaqauziyada səfərbərlik başlatıldı. Bu hadisələr "Qaqauziya yürüşü" adlandırıldı. Qaqauziya vətəndaş müharibəsi astanasında dayanmışdı, lakin Sovet Ordu hissələrinin gəlməsi qan tökülməsinin qarşısını aldı.

Respublikanın mövcudluğu

Bundan sonra Qaqauziya Respublikası dörd il ərzində tanınmayan dövlət kimi mövcudluğunu davam etdirdi. Əsas dövlət hakimiyyəti orqanları formalaşdırılmışdır və fəaliyyət göstərirdi: Prezident, Ali Şura, nazirlik və idarələr, ordu (1990-1995-ci illərdə "Bucak" adlı xüsusi təyinatlı batalyon).

Qaqauziya həmin ildə elan olunan Dnestryanıdan fərqli olaraq, öz milli valyutasını yaratmamışdır.

Qaqauz Respublikasının mövcud olduğu bütün dövr ərzində rəhbəri Stepan Topal olmuşdur.

1994-cü ilin dekabr ayında Moldova Respublikası və Qaqauz Respublikası arasında əldə olunmuş razılıqlar əsasında Qaqauziya muxtariyyət hüququ altında Moldava Respublikasına dinc inteqrasiyası haqqında sənəd imzalanmışdır, proses 1995-ci ilin yayınadək həyata keçirilmişdir. O andan sonra Qaqauziya Respublikası Qaqauz Yeri adlı Muxtar quruma çevrildi.

Həmçinin bax

  • Dnestryanı müharibəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaqauziya Respublikası haqqında məlumat. Qaqauziya Respublikası nədir? Qaqauziya Respublikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Kolçak

  • Fevral 27, 2026

    Bakcell

  • Fevral 27, 2026

    Nervus accessorius

  • Fevral 21, 2026

    Cozef Aun

  • Fevral 27, 2026

    Liberets diyarı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst