Qalapaqos adaları (isp. galapago – tısbağa) — Sakit okeanda Cənubi Amerikadan qərbdə yerləşən Ekvadora məxsus adalar qrupu. Qalapaqos adaları 16 adadan ibarətdir və Ümumi sahəsi. 7,8 min km2-dir. Vulkan mənşəli olub sönmüş və püskürən vulkan konusları (hünd. 1707 m-dək) var. İqlimi quru ekvatorialdır. Əsas bitkisi kserofit kolluqlardır. Endemik heyvanlar (nəhəng tısbağa, iquana və s.) var. Qalapaqos adaları 1965-ci ildən milli parkdır. Çarlz Darvin təkamül nəzəriyyəsini əsaslandırmaq üçün Qalapaqos adalarında apardığı şəxsi müşahidə materiallarından geniş istifadə etmişdir.
| Qalapaqos adaları | |
|---|---|
| Islas Galápagos | |
| |
| 0°40′ c. e. 90°33′ q. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
| Digər | |
| galapagos.today marcaecuador.com galapagoscharterson.com | |
![]() Qalapaqos adaları | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalapaqos adaları haqqında məlumat. Qalapaqos adaları nədir? Qalapaqos adaları nə deməkdir?
