Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar

Qabil İmamverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Qabil İmamverdiyev

Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976).

Qabil
Doğum adı Qabil Allahverdi oğlu İmamverdiyev
Doğum tarixi 12 avqust 1926(1926-08-12)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 may 2007(2007-05-04) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Uşağı Mahir Qabiloğlu
Fəaliyyəti yazıçı, şair
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 Azərbaycan SSR Dövlət mükafatı — 19761976
"İstiqlal" ordeni — 20062006 "Şöhrət" ordeni — 19961996 "Əmək igidliyinə görə" medalı

Mündəricat

Həyatı və fəaliyyəti

Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir.

AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.

Mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1976
  • "Əmək igidliyinə görə" medalı
  • Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 1980
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984
  • "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 10 sentyabr 1992
  • "Şöhrət" ordeni — 15 avqust 1996
  • Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatı — 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "İstiqlal" ordeni — 11 avqust 2006

Filmoqrafiya

  1. Qabil (film, 2001)

Kitabları

  • Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2004.
  • Mənim mavi Xəzərim 1959
  • Ömrüm boyu 1962
  • Nəsimi 1980 (I–III kitab)
  • Ömrün həbləri 1989
  • İlahi qisməti 2001
  • Dostlarım, tanışlarım 2002
  • Seçilmiş əsərləri — I cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Seçilmiş əsərləri — II cild. Bakı, "Şərq-Qərb", 2016 (90 illiyinə)
  • Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qabil İmamverdiyev haqqında məlumat. Qabil İmamverdiyev nədir? Qabil İmamverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sexemxet

  • Fevral 27, 2026

    Cığalı təcnis

  • Fevral 27, 2026

    Yana (çay)

  • Fevral 27, 2026

    Rafael Lemkin

  • Fevral 27, 2026

    Neftçala (şəhər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst