Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.
| Səhravi Ərəb Demokratik Respublikası (SƏDR) | |||
|---|---|---|---|
| ing. Western Sahara isp. Sahara Occidental isp. Sáhara Occidental ərəb. الصحراء الغربية fr. Sahara occidental | |||
| |||
![]() | |||
| Rəsmi dili | Ərəb | ||
| Etnik qrupları | Səhravilər | ||
| Dini | İslam | ||
| Paytaxt | Əl Əyun (keçici olaraq Tifariti) | ||
| İdarəetmə forması | Tək partiyalı dövlət | ||
| Prezident | İbrahim Qəli | ||
| Baş nazir | Abdulkader Talib Umar | ||
| Sahəsi | Dünyada 83-cü | ||
| • Ümumi | 266.000 km² | ||
| Əhalisi | |||
| • Əhali | 100,000 (SƏDR) nəfər (182-ci) | ||
| • Sıxlıq | 1.9 nəf./km² (236-cı) | ||
| İnternet domeni | .eh | ||
| ISO kodu | EH | ||
| Telefon kodu | +212 | ||
| Saat qurşaqları | +0 | ||
| Nəqliyyatın yönü | sağ[d] | ||
Coğrafiya
Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Əhali
100,000 (SƏDR) 502,585 (Qərbi Səhra (Mərakeşdə))


Həmçinin bax
2020-ci il 14 noyabr tarixində Mərakeş Qərbi Səhranı (SƏDR) birləşdirmək üçün hərbi əməliyyata başlayıb
- UNESCO Thesaurus (fr.). 1977.
- Real Academia Española, Asociación de Academias de la Lengua Española Diccionario panhispánico de dudas (isp.).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərbi Saxara haqqında məlumat. Qərbi Saxara nədir? Qərbi Saxara nə deməkdir?
![Bayraq[d]](/uploads/wikipedia/a125ee34edb1ceaba62615a6c4bd504b.png)
