Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
| Qəmərli | |
|---|---|
| კამარლო | |
| 41°20′55″ şm. e. 44°08′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| İlk məlumat | 1926 |
| Mərkəzin hündürlüyü | 1.390 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 (360) |
| Poçt indeksi | 1708 |
![]() Qəmərli | |
Tarixi
Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir.
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.
Əhalisi
Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır.
Nəsillər
- Ovçular:
- Mollalar:
- Novruzlar:
- Məşədialılar:
- Xıvlar:
- Sabellər:
- Becənlər:
- Oruclular
- Aşırlar
- Kalvalılar
- Hacılar (Nəsibağalar)
- Qarabağlılar
- Feyzi oğulları
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və burada 109 şagird təhsil alır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəmərli (Başkeçid) haqqında məlumat. Qəmərli (Başkeçid) nədir? Qəmərli (Başkeçid) nə deməkdir?
