Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən birid

Mərmərə Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Mərmərə Universiteti

Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir.

Mərmərə Universiteti
MÜ
türk. Marmara Üniversitesi
Loqonun şəkli
Tip Dövlət universiteti
Şüar Köklü keçmiş, güclü gələcək
(türk. Köklü geçmiş, güçlü gelecek)
Əsası qoyulub 16 yanvar 1883 (tarixi)
20 iyul 1982 (müasir)
Tabeliyində 16 fakültə
11 institut
5 kollec
4 peşə məktəbi
Rektor Prof. Dr. Erol Özvar
Tələbə sayı 7 753 (subbakalavr)
47 255 (bakalavr)
16 157 (magistr)
3699 (doktorant)
Xarici tələbə sayı 2139
Müəllim sayı 3 121 (631 professor, 352 dosent)
Ölkə
  •  Türkiyə
Ünvan Türkiyə Kadıköy, İstanbul
Rənglər Göy, metalik gümüş, ağ
              
Metro Göztəpə metrostansiyası
Sayt marmara.edu.tr
40°59′10″ şm. e. 29°03′13″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 yanvar 1883-cü ildə Həmidiyyə Ticarət Məktəbi-Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildən Osmanlı Təhsil Nazirliyinə tabe olan məktəb təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Mərmərə Universiteti adlandırılmışdır.

Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir. Bunlardan Acıbadem, Anadoluhisarı, Bağlarbaşı, Başıböyük, Göztəpə, Kartal şəhərcikləri Asiya, Sultanahmet şəhərciyi isə Avropa hissəsində yerləşir. Ümumilikdə sahəsi 617.782 m² olan şəhərciklərdən ən böyükləri 181.754 m² ilə Başıböyük, 153.394 m² Göztəpə, 121.992 m² ilə Anadoluhisarı şəhərcikləridir.

2020-ci il universitet məzunlarının iş tapma araşdırmasına görə, Marmara Universiteti 7-ci sırada qərarlaşmışdır. Hazırlanan siyahıda universitetin 76 akademik proqramı 1-ci yerdə, 60 akademik proqramı isə ilk üçlükdə yer almışdır. İqtisadiyyat və dövlət idarəetməsi, ilahiyyat, pedaqoji, hüquq, media və mətbuat fakültələri üzrə Marmara Universitetinin məzunları siyahıda 1-ci yeri tutmuşdur.

İstanbulun ən fəal səmtlərindən biri olan Kadıköydə yerləşən universitetə ictimai nəqliyyat və xüsusi nəqliyyat vasitələri ilə yanaşı universitetin xidmətlərinə də asanlıqla getmək mümkündür. İstanbul metrosunun M4 xətti üzərində yerləşən Göztəpə metrostansiyası, universitetin əsas şəhərciyinə nəqli olduqca asanlaşdırır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mərmərə Universiteti haqqında məlumat. Mərmərə Universiteti nədir? Mərmərə Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Roşaşana

  • Fevral 27, 2026

    Nils Abel

  • Fevral 23, 2026

    Martin Lüter

  • Fevral 27, 2026

    Vilayət

  • Fevral 27, 2026

    Firudin Cəm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst