| Bu məqalə Başkeçid rayonunda yerləşən Qızılkilsə kəndi haqqındadır. Digər mənalar üçün Qızılkilsə səhifəsinə baxın. |
Qızılkilsə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin digər adı Dəmirçihasanlıdır. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qızılkilsə kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
| Qızılkilsə kəndi gürc. სოფელი ყიზილქილისა (sopeli kizilkilisa) | |
|---|---|
| ყიზილქილისა | |
| 41°21′50″ şm. e. 44°15′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | [[Başkeçid]] |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.220 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 (360) |
| Poçt indeksi | 1716 |
![]() | |
Başkeçid rayonunda Böyük Dəmirçihəsənli (indi Qızılkilsə), Kiçik Dəmirçihəsənli (indi Şindilər) adlı kəndlər vardır.
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şimal-şərqdə, Lükün-Şindi dağının şərqində yerləşir.
Əhalisi
Kənddə 1870-ci ildə 23 ailədə 151 nəfər, 1926-cı ildə 88 ailədə 588 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 774 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 775 nəfər əhali yaşayır.
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1920-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.
Tibb
Kənddə 1 tibb məntəqəsi fəaliyyət göstərir.
Tanınmış şəxsiyyətlər
- Fərid Mənsurov — Yunan-roma güləşi üzrə olimpiya və 2 qat dünya çempionu məşhur azərbaycanlı pəhlavan.
- Əlişir Musayev — Tibb elmləri doktoru, professor.
- Səadət Buta — Şairə.
- Mehman Səlimov — Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılkilsə (Başkeçid) haqqında məlumat. Qızılkilsə (Başkeçid) nədir? Qızılkilsə (Başkeçid) nə deməkdir?
