Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür.

Qızılüzgəc

  • Ana Səhifə
  • Vikipediya
  • Qızılüzgəc

Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür.

Qızılüzgəc
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Dəstə:
Çəkikimilər
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Çəkilər
Yarımfəsilə:
Leuciscinae
Cins:
Qızılüzgəclər
???:
Qızılüzgəc
Beynəlxalq elmi adı
  • Scardinius erythrophthalmus L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  163613
NCBI  58319
EOL  222141

Mündəricat

Xarakterik morfoloji əlamətləri

Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur.

Yaşayış yeri və həyat tərzi

Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.

Yayılması

Azərbaycanda Kür çayı hövzəsində Yevlaxa qədər olan göllərdə, [Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Yalama–Xudat arasındakı çaylarda, su anbarlarında yayılmışdır.

Sayı və limit faktorları

11 yarımnövü vardır. Azərbaycanda 1 növü (Scardinius erythrophthalmus) yaşayır. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə su bitkiləri üzərinə tökür. Kürüləməsi suyun temperaturu 17.0 - 18.0 C° olduqda baş verir. Çoxalması aprel aylarının sonlarından may ayının sonralarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 36.8 minlə 147.0 min ədəd kürü arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə olmaqla hər il, generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 4-5 dəfə olur.

Rasionu

Qidasını yosunlar, ali su bitkiləri, balıq kürələri, su cücüləri və onların körpələri təşkil edir.

Biomüxtəliflikdə rolu

Biomüxtəlifliyin bir kompanentidir, yosunlar, su bitkiləri, su onurğasızları və s. ilə qidalanır, özü isə yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir.

İnsan həyatına təsiri

Əmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 96 -99.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılüzgəc haqqında məlumat. Qızılüzgəc nədir? Qızılüzgəc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Armini

  • Mart 01, 2026

    Antiqonidlər sülaləsi

  • Fevral 27, 2026

    Kərim Novruzov

  • Fevral 25, 2026

    Palıd

  • Fevral 27, 2026

    Güllübulaq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst