Qırmızıqarın kərtənkələ (lat. Darevskia parvula) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
| Qırmızıqarın kərtənkələ | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Cins: Növ: Qırmızıqarın kərtənkələ | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Ümumi
Kiçik heyvan olub, uzunluğu 60 mm təşkil edir.[mənbə göstərilməlidir] Quyruğu isə iki dəfə uzundur. Boğaz nahiyəsində 22–35 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində 50–69 pulcuq olur. Rəngi müxtəlif olur. Bədəninin orta hissəsi işıqlı-yaşıl, zeytuni-yaşıl və ya çirkin-yaşıl olur. Dişilər işiqlı-qəhvəyi, qəhvəyi-boz və ya zeytuni-boz rəngdə olurlar. Qarın nahiyəsi qəhvəyi-qırmızı rəngdə olur.[mənbə göstərilməlidir]
Növ Acarıstan, Gürcüstanın qərbi, Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər olan ərazilərə qədər yayılmışdır. Türkiyənin şimal-şərq sərhədləri boyunca rast gəlinir. Hazırda areal kiçilmişdir. Meşə zonasının önündə, qayalıqlarda yayılır. 1600–1700 hündürlüklərdə rast gəlinir. 1 km maşrut üzrə 25–35 baş kərtənkələyə rast gəlinir.[mənbə göstərilməlidir]
Həşaratlar, molyusklar, torpaq qurdları ilə qidalanır. İnunun ortalarından iyulun ortalarına qədər 2–4 yumurta (6 х 12 mm) oyur. İnkubasiya 50–55 gün davam edir. Balalar sentyabrda yumurtadan çıxır və quyruqsuz olub, uzunluğu 21–23 mm təşkil edir.[mənbə göstərilməlidir]
İki yarımnövə bölünür. Gürcüstana yayılmış yarımnövü: Lacerta parvula adjarica (Darevsky et Eiselt, 1980).[mənbə göstərilməlidir]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qırmızıqarın kərtənkələ sözünün mənası, qırmızıqarın kərtənkələ haqqında məlumat. qırmızıqarın kərtənkələ nədir? qırmızıqarın kərtənkələ nə deməkdir?