Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyotr Petroviç Vereşşagin (rus. Пётр Петрович Верещагин; 14 (26) yanvar 1834, Perm – 16 (28) yanvar 1886, Sankt-Peterburq) — akademizm üslubunda işləyən rus mən

Pyotr Vereşşagin

  • Ana Səhifə
  • Vikipediya
  • Pyotr Vereşşagin

Pyotr Petroviç Vereşşagin (rus. Пётр Петрович Верещагин; 14 (26) yanvar 1834, Perm – 16 (28) yanvar 1886, Sankt-Peterburq) — akademizm üslubunda işləyən rus mənzərə və şəhər mənzərəsi rəssamı. O, Ural çöllüyündə ilk dəfə plener çəkmiş rəssamdır.

Pyotr Vereşşagin
Doğum tarixi 14 (26) yanvar 1834(1834-01-26)
Doğum yeri
  • Perm, Perm quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 16 (28) yanvar 1886(1886-01-28) (52 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Fəaliyyəti rəssam
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası (–1865)
Janr peyzaj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Atası Pyotr Prokopoviç (1795–1843) və babası Prokopi Daniloviç (1764–1811) rəssam olublar. Qardaşları Vasili və Mitrofan (1842–1894) də rəssam olub. Onun tanınmış hərbi rəssam Vasili Vereşşagin ilə qohumluğu yoxdur.

Atası onun ilk müəllimi olub. Daha sonra İvan Babin adlı yerli ikon rəssamı olan babası ona dərs keçib. 1858-ci ildən 1865-ci ilə qədər İmperator Rəssamlıq Akademiyasına təhsil alıb, burada onun ən nüfuzlu müəllimi uzun illər İtaliyada yaşamış mənzərə rəssamı Sokrat Vorobyov idi.

Onun ilk sərgisi 1860-cı ildə akademiyada oldu və bundan sonra bir neçə gümüş medal aldı. Bu illərdə o, Moskvadan Tallinə qədər şəhər mənzərələrini əks etdirən rəsm əsərlərini də sərgiləyib. "3-cü dərəcəli rəssam" ixtisasını bitirib, Ludzada, daha sonra Vilna qubernatorluğunda müəllim işləyib. 1870-ci ildə müəllimlikdən imtina edib və bir il boyunca səyahət edərək müxtəlif rəsmlər çəkib. Səyahətdən sonra isə Sankt-Peterburqa qayıdıb. 1873-cü ildə ona "Akademik" adı verilmişdir.

Əsərləri daha sonra Filadelfiyada Yüzillik Sərgidə və Parisdə Universelle Sərgisində, eləcə də Rusiyada sərgiləndi. 1875 və 1876-cı illərdə Ural Dəmir Yolu Şəbəkəsində də işləmiş, Çusovaya çayı boyunca səhnələrin eskizlərini çəkmiş, oradakı dəmir yolunu uzatmağa hazırlaşmışdır. Rusiya–Osmanlı müharibəsi zamanı Balkandakı rus qoşunlarının və geri qayıdarkən Ruse qalasının bombardmanının rəsmini çəkib.

Seçilmiş əsərlər

  • Bakı şəhərinin dənizdən görünüşü (1872)
    Bakı şəhərinin dənizdən görünüşü (1872)
  • Neva bəndi
    Neva bəndi
  • Suxumi
    Suxumi
  • Tbilisi Milli Gənclər Sarayı
    Tbilisi Milli Gənclər Sarayı
  • Nijni Novqorodda bazar
    Nijni Novqorodda bazar
  • Kreml (1879)
    Kreml (1879)

Ədəbiyyat

  • С. Н. Кондаков. Юбилейный справочник Императорской Академии художеств. 1764-1914 (rus). 2. 1915. səh. 36.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pyotr vereşşagin sözünün mənası, pyotr vereşşagin haqqında məlumat. pyotr vereşşagin nədir? pyotr vereşşagin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aqnostisizm

  • Mart 01, 2026

    Jan İppolit

  • Fevral 27, 2026

    Yohannes Ştark

  • Fevral 24, 2026

    Lüteranlıq

  • Fevral 27, 2026

    Cavidan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst