Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir.

Pyotr Svidler

  • Ana Səhifə
  • Vikipediya
  • Pyotr Svidler

Pyotr Svidler (rus. Пётр Вениами́нович Сви́длер, 17 iyun 1976, Leninqrad) Rusiya qrosmeysteridir.

Pyotr Svidler
rus. Пётр Вениами́нович Сви́длер
Pyotr Svidler 2013-cü il Varşava
Pyotr Svidler 2013-cü il Varşava
Ölkə SSRİ SSRİ
Rusiya Rusiya
Doğum tarixi 17 iyun 1976 (49 yaş)
Doğum yeri Sankt Peterburq SSRİ SSRİ
Titulu qrosmeyster
Son reytinqi
  • 2.682 (2026)
Maksimal reytinqi 2769 (2013)
FİDE nömrəsi 4102142
Mükafatları Rusiya əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir.

7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir.

Şahmat karyerası

Svidler şahmatı 6 yaşında öyrənib. 1992-ci ildə gənclər arasında SSRİ Gənclər Açıq Şahmat Çempionatında 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrosmeysterdir.

Bir necə dəfə (2001-ci ildə) Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır və yarımfinala yüksəlmişdir. Andrei Lukin onun məşqiçisidir.

2005-ci ildə FİDE Dünya Çempionatında Svidler Vişvanatan Anandla ikinci yeri bölüşdü. Yarışda 14 oyundan 8½ xal toplamışdır, 10 xalla Veselin Topalov qalib olmuşdur. 2007-ci ildə Dünya Şahmat Çempionatında 8 oyunçu arasında beşinci yeri tutmuşdur.

Svidler Chess960-ın (Fişerin təsadüfi şahmatı da adlanır) tərəfdarıdır. O ilk 2003-də Maynsda (Almaniyada) keçirilən Chess960 Open yarışının qalibidir, Péter Lékó-nu udaraq çempion olmuşdur. Svidler 2004-də Levon Aronyanı və 2005-də Zoltán Almási udaraq bu titulu qorudu. 2006-ci ildə Aronyana uduzaraq titulu saxlaya bilmədi.

2005-ci ildə San Luis-də keçirilən Dünya Şahmat Çempionatından sonra Dünya Şahmat Şəbəkəsinə (World Chess Network) intervyu verdi: "Mən ciddi hazırlaşmışdım və fikirləşirəm ki, əvəzini ödədi. Ancaq ümumilikdə vaxtımın çox hisəsini yoldaşımla və uşaqlarımla keçirirə, beləliklə mənim 2005-də nisbi uğurum xoş bir sürpriz oldu." Onun San Luis-dəki nəticəsi 2007-də keçirilən Dünya Çempionatına vəsiqə qazandırdı. Həmin çempionatda 14 oyundan 6½ xal qazandı və 8 oyunçu arasında 5-ci yerə çıxdı.

2006-da İsrailin Rişon LeZion şəhərində keçirilən Dünya Blitz Çempionatında 15 oyundan 10½ xal toplayaraq 2-ci yerə çıxdı, birinci yerə isə Alexander Grischuk. Svidler Dortmunda 2006-da Vladimir Kramnikle birinci yeri paylaşdı.

Svidler Xantı-Mansidə baş tutan Dünya Şahmat Kuboku 2011-də Alexander Grischuku finalda 2½–1½ udaraq qalibi oldu.

2013

2013-cu ildə Londonda baş tutan Namizədlər Turnirində 3-cü yeri tutdu (nəticəsi +4−2=8). Onun 4 qələbəsi Teymur Rəcəbov, Levon Aronyan, Vasili İvançuk və Maqnus Karlsen üzərində olmuşdur.

Həmin ilin aprelində Alyoxinin Xatirə Turnirində +0−3=6 hesabla 10 iştirakçı arasında 10-cu yerə çıxdı.

  1. FIDE Standard Ratings as of March 2026.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pyotr svidler sözünün mənası, pyotr svidler haqqında məlumat. pyotr svidler nədir? pyotr svidler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Latviya əhalisi

  • Fevral 27, 2026

    Hekatonxeyrlər

  • Mart 06, 2026

    Abbas Tufarqanlı

  • Fevral 27, 2026

    Amaryllidaceae

  • Mart 06, 2026

    Vüqar Dəmirbəyli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst