Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan[…]) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir.
| erm. Լևոն Արոնյան | |
| |
| Ölkə | |
| Doğum tarixi | 6 oktyabr 1982 (43 yaş) |
| Doğum yeri | |
| Yaşadığı yer | |
| Titulu |
|
| Son reytinqi |
|
| Maksimal reytinqi | 2825 (may 2012) |
| FİDE nömrəsi | 13300474 |
| Mükafatları | |
1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub.
Uğurları
Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Levon Aronyan haqqında məlumat. Levon Aronyan nədir? Levon Aronyan nə deməkdir?
