Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse, Bolqarıstan Xalq Respublikası[d]) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi.
| bolq. Веселин Топалов | |
| |
| Ölkə | Bolqarıstan |
| Doğum tarixi | |
| Doğum yeri | Ruse, Bolqarıstan |
| Titulu | Qrosmeyster (1992) |
| Son reytinqi | 2760 (sentyabr 2016) |
| Maksimal reytinqi | 2816 (iyul 2015) |
| FİDE nömrəsi | 2900084 |
1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır.
1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı.
2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu.
2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər. Qalib Topalov 2010-cu ildə Dünya Çempionatının matçına vəsiqə qazandı. Sofiyada keçirilən matçı Vişvanatan Anand qazandı.
Tromsoda keçirilən Olimpiadada birinci lövhədə qızıl medal qazandı. 2015 Grand Chess Tour-a daxil olan Norway Chess, Sinquefield Cup və London Chess Classic turnirlərin ilkində Topalov 9 oyundan 6.5 xal toplayaraq 2946 performansı iləbirinci oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Veselin Topalov haqqında məlumat. Veselin Topalov nədir? Veselin Topalov nə deməkdir?
