Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Njörd (qədim skandinav dilində: Njorðr) – Skandinaviya mifologiyasında Vanlar tayfasına mənsub olan, dəniz, külək, balıqçılıq, ticarət və maddi bolluq üzərində

Njörd

  • Ana Səhifə
  • Vikipediya
  • Njörd

Njörd (qədim skandinav dilində: Njorðr) – Skandinaviya mifologiyasında Vanlar tayfasına mənsub olan, dəniz, külək, balıqçılıq, ticarət və maddi bolluq üzərində hakimiyyətə sahib tanrı. O, qədim dövrdə dənizçilər, balıqçılar və tacirlər tərəfindən hörmətlə yad edilirdi. Mifoloji mənbələrdə Njörd həmçinin sülhsevər xarakteri, səxavəti və dənizdən gələn sərvətlərlə əlaqələndirilir.

Njörd
Cinsi kişi[d]
Uşaqları
  • Freyr,
  • Freya (mifologiya)
Digər mədəniyyətlərdə Poseydon, Neptun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ailə və tayfa mənsubiyyəti

Njörd Vanlar tayfasının üzvü idi. Skandinaviya mifologiyasında Vanlar əsasən məhsuldarlıq, təbiət qüvvələri, rifah və sülh ilə bağlı tanrılar kimi tanınırdı. Əsir və Vanlar arasında baş vermiş müharibədən sonra bağlanan sülh müqaviləsinə görə hər iki tərəf qarşılıqlı girov göndərmişdir. Njörd və onun iki övladı – Freyr və Freya Vanlardan Əsirlərə girov verilmiş, əvəzində isə Əsir tanrılarından Hoenir və Mimar Vanlara göndərilmişdir.

Mənbələrə görə Njörd, adı açıqlanmayan doğma bacısı ilə evlənmişdir. Bu izdivacdan Freyr və Freya adlı iki uşaq dünyaya gəlmişdir. Qədim skandinav cəmiyyətində bacı-qardaş evliliyi tanrılar arasında tabu hesab edilmirdi və məhsuldarlıq kultları ilə bağlı idi. Bəzi alimlər Njördun bacısının qədim alman ilahəsi Nerthus ilə eyniləşdirə biləcəyini ehtimal edirlər. Nerthus haqqında Roma tarixçisi Tacitus da yazmışdır.

Tarixi və mədəni izlər

Njördun adı bir çox Skandinaviya toponimlərində qorunub saxlanılmışdır. Norveçdə və İsveçdə "Njor", "Njorðar" kimi yer adları mövcuddur. Arxeoloji tapıntılarda və yazılı mənbələrdə onun kultuna dair izlər VIII–XI əsrlərə qədər görünür. Bəzi folklor mətnlərində o, hələ də dənizdə təhlükəsizlik və balıqçılıqla əlaqəli himayədar ruh kimi təsvir olunur.

Mifologiyada yeri

Skadi ilə evlilik

Njördun həyatında ən məşhur hadisələrdən biri Skadi adlı dağ və xizək ilahəsi ilə evliliyi olmuşdur.

Mifə gərə, Skadi atasının öldürülməsinə gərə Əsir tanrılarından intiqam almaq üçün Asqarda gəldi, lakin sülh yolu ilə razılaşdı ki, o, tanrılardan birinu həyat yoldaşı kimi seçsin. Skadi seçəcəyi kişinin yalnız ayaqlarını gərə bilərdi. O, ən gözəl ayaqların Baldura aid olduğunu düşündü, lakin bu ayaqlar Njördə məxsus idi. Evlilik baş tutdu, amma uyğunlaşma olmadı. Njördun dəniz sahilindəki həyatı Skadi üçün çox səs-küylü və nəmli idi. Skadinin dağlardakı həyatı isə Njörd üçün çox soyuq və sakit idi. Onlar razılaşdılar ki, bir-birlərinin məkanında müəyyən günlər qalsınlar, amma nəticədə ayrıldılar.

Raqnarök və sonrakı taleyi

Mifologiyaya gərə Raqnarök adlı son döyüşdən sonra Njörd yenidən Vanlara qayıdır. O, bu döyüşdən sağ çıxan tanrılardan biri sayılır. Bu, onun ölümsüzlüyünü və müharibədən kənar, sülhpərvər təbiətini göstərir.

Tanrı kimi funksiyaları:

Dəniz səfərlərinin uğurlu keçməsi üçün yardım etmək; balıqçılara bol ov bəxş etmək; küçələri idarə etmək və təhlükəli fırtınaları sakitləşdirmək; insanlara maddi rifah bəxş etmək.

Şimal xalqları onun adını çox vaxt zənginliklə eyni mənada çəkirlər. Skandinaviyada bəzi bölgələrdə, hətta xristianlığın yayılmasından sonra da dənizçilər yola çıxmazdan öncə Njörda dua edirdilər.

Yaşadığı məkan

Njördun evi Nóatún ("gəmi bağı") adlanırdı. Proza Eddada bu yer "dəniz sahilində, göyün yaxınlığında yerləşən, dəniz sularına açılan möhtəşəm saray" kimi təsvir olunur. Nóatún həm tanrının dənizlə bağlı gücünü, həm də onun ticarət və balıqçılıqla olan əlaqəsini simvolizə edir.

Mifoloji mənbələr və simvolizmi

Njörd haqqında əsas məlumatlar iki əsas mənbədən gəlir:

  1. Poetik Edda – qədim şeirlər toplusu;
  2. Proza Edda – Snorri Sturluson tərəfindən yazılmışdır.

Bu mənbələrdə onun Əsir-Van müharibəsindəki rolu, Skadi ilə evliliyi, dəniz üzlərindəki hakimiyyəti və sülhsevər təbiəti təsvir edilir.

Njörd – dənizin zənginlik gətirən tərəfini, küləyin səfərə yardım edən yönünü simvolizə edir. O, təbiət qüvvəsinin insanlara fayda verən cəhətlərinin təcəssümüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Njörd haqqında məlumat. Njörd nədir? Njörd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Santr

  • Fevral 27, 2026

    İvanovo vilayəti

  • Fevral 27, 2026

    Alliqator

  • Fevral 27, 2026

    Ulu məscid

  • Fevral 27, 2026

    Xüms

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst