Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət)  — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də

Pop-art

  • Ana Səhifə
  • Vikipediya
  • Pop-art

Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət)  — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət.

Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri

Mündəricat

Tarixi

"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur.

Xüsusiyyətləri

Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar.

Görkəmli nümayəndələri

Roy Lixtenşteyn. Topla qız, 1961
  • Billi Apl
  • Evelyne Aksell
  • Ser Piter Bleyk
  • Derek Boşier
  • Pauline Botyi
  • Patrik Kaulfield
  • Alan D'Arkangelo
  • Cim Dayn
  • Burhan Doqansi
  • Rosalin Dreksler
  • Robert Doud
  • Ken Elias
  • Erró
  • Marisol Eskobar
  • Ceyms Gill
  • Bryus Gray
  • Red Grooms
  • Riçard Hamilton
  • Keyt Harinq
  • Cann Hauors
  • Devid Hokni
  • Doroti İannone
  • Robert İndiana
  • Casper Cons
  • Allen Cones
  • Aleks Katz
  • Korita Kent
  • Konrad Klaphek
  • Kiki Kogelnik
  • Nikolas Kruşenik
  • Yayoi Kusama
  • Gerald Laing
  • Roy Lixtenşteyn
  • Riçard Lindner
  • Con MakHale
  • Piter Maks
  • Marta Minuçin
  • Takaşi Murakami
  • Yoşitomo Nara
  • Klaes Oldenburq
  • Culian Opie
  • Eduardo Paolotsi
  • Piter Fillips
  • Siqmar Polk
  • Hariton Puşuaqner
  • Mel Ramos
  • Robert Rauşenberq
  • Larri Rivers
  • Ceyms Rizzi
  • Ceyms Rozenkvist
  • Ed Ruşa
  • Niki de Sent Falle
  • Piter Saul
  • Corc Seqal
  • Kolin Self
  • Marjorie Strider
  • Aya Takano
  • Uayne Siebaud
  • CoyTilson
  • Andi Uarhol
  • Idelle Ueber
  • Con Uesli
  • Tom Uesselman

Sitatlar

Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.


Pop — bu, sevgidir, pop hər şeyi tanıyır ... Pop bomba partlamasına bənzəyir. Bu amerikan arzusu, optimist, səxavətli və sadədir. — Robert İndiana

Ədəbiyyat

Rus dilində

  • Жан Бодрийяр. Поп-арт: искусство общества потребления? // Бодрийяр Жан. Общество потребления. Его мифы и структуры. — М.: Культурная революция; Республика, 2006. — С. 150—158.
  • Рыков А. В. Проблема поп-арта в англо-американской теории искусства // Рыков.

İngilis dilində

  • Diggory, Terence (2013) Encyclopedia of the New York School Poets (Facts on File Library of American Literature). ISBN 978-1-4381-4066-7
  • Francis, Mark and Foster, Hal (2010) Pop. London and New York: Phaidon.
  • Haskell, Barbara (1984) BLAM! The Explosion of Pop, Minimalism and Performance 1958-1964. New York: W.W. Norton & Company, Inc. in association with the Whitney Museum of American Art.
  • Lifshitz, Mikhail, The Crisis of Ugliness: From Cubism to Pop-Art. Translated and with an Introduction by David Riff. Leiden: BRILL, 2018 (originally published in Russian by Iskusstvo, 1968).
  • Lippard, Lucy R. (1966) Pop Art, with contributions by Lawrence Alloway, Nancy Marmer, Nicolas Calas, Frederick A. Praeger, New York.
  • Selz, Peter (moderator); Ashton, Dore; Geldzahler, Henry; Kramer, Hilton; Kunitz, Stanley and Steinberg, Leo (April 1963) "A symposium on Pop Art" Arts Magazine, pp. 36–45. Transcript of symposium held at the Museum of Modern Art on December 13, 1962.

Həmçinin bax

  • Pop

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pop-art sözünün mənası, pop-art haqqında məlumat. pop-art nədir? pop-art nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsa Həbibbəyli

  • Fevral 27, 2026

    Yusif Muxtarov

  • Mart 01, 2026

    Mərənd şəhristanı

  • Mart 01, 2026

    Berti Foqts

  • Mart 01, 2026

    Səadətşəhr

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst