Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən

Yusif Muxtarov

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Muxtarov

Yusif Mehdi oğlu Muxtarov — aktyor və teatr xadimi.

Yusif Muxtarov
Yusif Muxtarov
Doğum adı Yusif Mehdi oğlu Muxtarov
Doğum tarixi 22 iyul 1941
Doğum yeri Kürkəndi, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 aprel 2010 (68 yaşında)
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Ümumşəhər qəbiristanlığı
Həyat yoldaşı Amaliya Pənahova
Uşağı İlqar Muxtarov
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1991 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20022002
IMDb ID3871554

Mündəricat

Həyatı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilib.

1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuşdur.

Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Sabit Rəhmanın «Xoşbəxtlər», Nazim Hikmətin «Bayramın ilk günü», Mar Bayciyevin «Duel», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx», televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur.

Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuşdur.

Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görülüb.

1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7 də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova «Xalq artisti» fəxri adı verilmişdir.

Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat etmişdir.

Ailəsi

Yusif Muxtarovun Ümumşəhər qəbiristanlığındakı məzarı

Aktrisa Amaliya Pənahovanın həyat yoldaşı idi.

Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir.

Filmoqrafiya

  1. Baladadaşın İlk Məhəbbəti (1974)
  2. Onun bəlalı sevgisi (film, 1980)
  3. Gecə qatarında qətl (film, 1990)-Paxan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Muxtarov haqqında məlumat. Yusif Muxtarov nədir? Yusif Muxtarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qriqor Antipa

  • Fevral 27, 2026

    Şahbeklər

  • Fevral 27, 2026

    Zəncan ostanı

  • Fevral 27, 2026

    Qaraqoyunlular dövləti

  • Fevral 27, 2026

    Bağırsaqboşluqlular

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst