Pol Boyer (ing. Paul Delos Boyer; 31 iyul 1918[…], Provo[d], Yuta – 2 iyun 2018[…], Los-Anceles, Kaliforniya) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbiətini kəşf etdiyinə görə 1997-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adına layıq görülmüşdır.
| Pol Boyer | |
|---|---|
| ing. Paul D. Boyer | |
| |
| Doğum tarixi | 31 iyul 1918[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 iyun 2018[…] (99 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
| Təhsili |
|
| Fəaliyyəti | biokimyaçı, universitet müəllimi[d], kimyaçı |
| Üzvlüyü |
|
| Mükafatları | |
Fəlsəfə doktoru (1943 il). ABŞ Milli Elmlər Akademiyasının (1970 il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1998 il) üzvü.
Bioqrafiyası
O, 1939-cu ildə Brigam Yanga Universitetində kimya üzrə bakalavr dərəcəsi və 1943-cü ildə Madisondakı Viskonsin Universitetində biokimya üzrə doktorluq dərəcəsi alıb. Minnesota Universitetində 1946–63-cü illərdə fermentlərin təsir mexanizmini öyrənmək üçün kinetik, izotop və kimyəvi tədqiqat üsullarını təqdim etdi. 1963-cü ildə Los-Ancelesdəki Kaliforniya Universitetində kimya və biokimya professoru oldu (1999-cu ildən əməkdardır). Burada o, ATP sintezi mexanizmini öyrənib, bunun üçün 1997-ci ildə Con Uokerlə birlikdə kimya üzrə Nobel mükafatını alıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1968 il).
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.
18 cildlik "Fermentlər" kursunun redaktoru (1971–90 illərdə). Əsasən fermentlər üzrə 300-dən çox əsərin də müəllifidir.
Mükafatları
- Ferment Kimyası üzrə Pfizer Mükafatı (1955 il)
- Quggenhaym Təqaüdü (1955 il)
- Veizmann Memorial Lectures (1984 il)
- Villiam C. Rose Mükafatı (1989 il)
- Kimya üzrə Nobel Mükafatı (1997 il)
- Stokholm Universitetinin (1974 il), Minnesota Universitetinin (1996 il) və Viskonsin Universitetinin (1998 il) fəxri doktoru.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pol Boyer haqqında məlumat. Pol Boyer nədir? Pol Boyer nə deməkdir?
