Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pfals-Çvaybrükgen (alm. Pfalz-Zweibrücken‎) və ya Çvaybrükgen Qraf-Palatinliyi, Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuş tarixi dövlətdir. Paytaxtı Çva

Pfals-Çvaybrükgen hersoqluğu

  • Ana Səhifə
  • Vikipediya
  • Pfals-Çvaybrükgen hersoqluğu

Pfals-Çvaybrükgen (alm. Pfalz-Zweibrücken‎) və ya Çvaybrükgen Qraf-Palatinliyi, Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuş tarixi dövlətdir. Paytaxtı Çvaybrükgen (fr. Deux-Ponts) idi. Onun idarə edən Pfals-Çvaybrükgen sülaləsi, Vittelsbax sülaləsinin bir qolu, eyni zamanda 1654–1720-ci illərdə İsveçi idarə edən hakim sülalə idi.

Tarixi dövlət
Pfals-Çvaybrükgen hersoqluğu
Gerb
Gerb
1444 — 1801
Paytaxt Çvaybrükgen
Sülalə Pfals-Çvaybrükgen sülaləsi

Mündəricat

Qurulması

Pfals-Çvaybrükgen, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini, Pfals-Zimmern və Çvaybrükgen'i iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu. Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Frederik isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Çvaybrükgen 1797-ci ildə Fransa tərəfindən ilhaq edildikdən sonra mövcudluğunu dayandırdı. 1815-ci ildə Vyana Konqresindən sonra onun bəzi hissələri sonuncu kürfürst, Bavariya kralı Maksimilian I İosifə qaytarıldı.

Ərazisi

Pfals-Çvaybrükgen 1444-cü ildə yaradılanda Veldenz qraflığından çıxarılmış Armshaym, Landsburq, Lauterekken, Lixtenberq, Mayzenhaym və Veldenz bölgələrini ibarət idi. Bu ərazilərə 1459-cu ildə Pfalz-Zimmerdən Falkenburq qalası, Quttenberq, Hasslox, Kirkel, Lambshaym, Oqqershaym, Vacenhaym, Veqelnburq və Çvaybrükgen əlavə edildi.

Qraf və hersoqları

  1. Stefan (1410–1459)
  2. I Lüdviq (1459–1489)
  3. Kaspar (1489–1490)
  4. Aleksandr (1489–1514)
  5. II Lüdviq (1514–1532)
  6. Volfqanq (1532–1569)
  7. I İohann (1569–1604)
  8. II İohann (1604–1635)
  9. Fridrix (1635–1661)
  10. Fridrix Lüdviq (1661–1681)
  11. I Karl (1681–1697) — həmçinin İsveç kralı (XI Karl adı ilə)
  12. II Karl (1697–1718) — həmçinin İsveç kralı (XII Karl adı ilə)
  13. Qustav (1718–1731)
  14. I Kristian (1731/34–1735) — həmçinin Pfals-Çvaybrükgen-Birkenfeld qrafı (III Kristian adı ilə)
  15. II Kristian (1731/34–1735) — həmçinin Pfals-Çvaybrükgen-Birkenfeld qrafı (IV Kristian adı ilə)
  16. Karl Avqust (1775–1795)
  17. Maksimilian İosif (1795–1805)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pfals-çvaybrükgen hersoqluğu sözünün mənası, pfals-çvaybrükgen hersoqluğu haqqında məlumat. pfals-çvaybrükgen hersoqluğu nədir? pfals-çvaybrükgen hersoqluğu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şimal-Qərb Universiteti

  • Fevral 27, 2026

    Ekliptik

  • Mart 03, 2026

    Tata Motors

  • Fevral 27, 2026

    Vedrə

  • Mart 06, 2026

    Mor Yokai

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst