Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mor Yokai (mac. Jókai Mór; 18 fevral 1825[…], Komarno, Macarıstan krallığı – 5 may 1904[…], Budapeşt) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhə

Mor Yokai

  • Ana Səhifə
  • Vikipediya
  • Mor Yokai

Mor Yokai (mac. Jókai Mór; 18 fevral 1825[…], Komarno, Macarıstan krallığı – 5 may 1904[…], Budapeşt) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhərində 1848-ci ildə başlanan Macarıstan Liberal İnqilabının fəal iştirakçısı və lideri olmuşdur. Yokainin romantik üslubda yazılan romanları Viktoriya dövründə İngiltərənin elit təbəqələri arasında məşhurlaşdı; ingilis mətbuatında onu Çarlz Dikkens ilə müqayisə edirdilər. Onun ən məşhur pərəstişkarlarından və heyranlarından biri də elə Kraliça Viktoriyanın özü idi.

Mor Yokai
mac. Jókai Mór
Doğum adı Ásvay Jókay Móric
Doğum tarixi 18 fevral 1825(1825-02-18)[…]
Doğum yeri
  • Komarno, Macarıstan krallığı, Avstriya imperiyası
Vəfat tarixi 5 may 1904(1904-05-05)[…] (79 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Dəfn yeri
  • Kerepeşi məzarlığı[…]
Fəaliyyəti yazıçı, dramaturq, siyasətçi, jurnalist
Əsərlərinin dili Macar dili
Üzvlüyü
  • Macarıstan Elmlər Akademiyası
İmza
Vikimənbənin loqosu Mor Yokai Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Macarıstan krallığının Komarom (hazırda Slovakiyanın Komarno şəhəri) şəhərində anadan olmuşdur. Atası Jozef qədim Yokai ailəsinin Asva qolunun nümayəndəsi idi.

12 yaşı olarkən atasının vəfat etməsindən sonra ailəsi Mordan atasının sənətini davam etdirməsini istədi. Beləliklə, Mor hüquq sənətinə yiyələndi və hüquqşünas kimi ilk işində uğur qazandı.

Xatirəsi

1925-ci ilin 1 fevralında Macarıstan hökuməti tərəfindən Mor Yokainin şərəfinə üç poçt möhürü istifadəyə verildi.

Əsərləri

Romanları

  • "Adi günlər" / mac. Hétköznapok (1846)
  • "İnqilab və döyüş səhnələri" / mac. Forradalmi és csataképek (1850)
  • "Qaçağın gündəliyi" / mac. Egy bujdosó naplója (1851)
  • "Transilvaniyanın qızıl əsri" / mac. Erdély aranykora (1852)
  • "Macarıstanda türk dünyası" / mac. Török világ Magyarországon (1853)
  • "Macar nüvvabı" / mac. Egy magyar Nábob (1853—1854)
  • "Yeniçərlərin son günləri" / mac. Janicsárok végnapjai (1854)
  • "Zoltan Karpati" / mac. Kárpáthy Zoltán (1854)
  • "Kasıb zənginlər" / mac. Szegény gazdagok (1860)
  • "Yeni mülkədar" / mac. Az uj foldesur (1862)
  • "Biz qocalanda" / mac. Mire megvénülünk (1865)
  • "Daş ürəkli adamın oğulları" / mac. A kőszívű ember fiai (1869)
  • "Qızıl almazlar" / mac. Fekete gyemantok (1870)
  • "Qızıl adam" / mac. Az Arany Ember (1872)
  • "Gələcək əsrin romanı" / mac. A jövő század regénye (1872—1874)
  • "Adsız qəsr" / mac. A névtelen vár (1877)
  • "Fırıldaqçı Quqo fon Habenixtin macəraları" / mac. Egy hirhedett kalandor a 17. századból (1879)
  • "Dəniz gözlü xanım" / mac. A tengerszemu holgy (1890)
  • "Rakotsinin cavanlığı" / mac. Rákóczy fia (1892)
  • "Dyord qardaş" / mac. Frater Gyorgy (1893)
  • "Başqa zamanlar — başqa dəblər"
  • "Edam kürsüsünə qədər sevgi"
  • "Tanrının hökmü"
  • "İki dəfə ölmək"
  • "Qəlbin əzadarı"
  • "Buz altında 20000 il" / mac. Egész az északi pólusig!
  • "Ruhların əhliləşdiricisi"

Kiçik prozası

  • "Vəhşi güllər" / Vadon virágai (1848, hekayə toplusu)
  • "Sarı qızlgül" / Sárga rózsa (1893, povest)
  • "Xəyal və həyat" (povest)
  • "Qəbristanlıq kabusları" (hekayə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mor yokai sözünün mənası, mor yokai haqqında məlumat. mor yokai nədir? mor yokai nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Usuliddin

  • Mart 01, 2026

    Stanford Universiteti

  • Mart 06, 2026

    Buddleja domingensis

  • Mart 07, 2026

    Merçison burnu

  • Fevral 10, 2026

    Avropa İttifaqı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst