Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Perm dövrü – paleozoy erasının 55 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş

Perm dövrü

  • Ana Səhifə
  • Vikipediya
  • Perm dövrü

Perm dövrü – paleozoy erasının 55 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş vermişdir. Bilavasitə hersin tsiklinə aid olan bu proseslər nəticəsində Ural dağları tam formalaşmış, Mərkəzi Asiyanın möhtəşəm dağ silsilələri, Şimali Amerikanın Appalaç strukturları əmələ gəlmişdir. Bu dövr üçün dəniz, laqun və kontinental rejimli böyük epikontinental hövzələrin geniş yayılması səciyyəvidir. Perm dövrü isti və quru iqlim şəraitində geniş laqunlarda qalın evaporit çöküntüləri (dolomit, anhidrit və gipslər, daş və kalium duzları) toplanmışdır. Rütubətli isti iqlimin üstünlük təşkil etdiyi rayonlarda iri kömür yataqlarının (Peçora hövzəsi, Kuzbas, Çin və b.) əmələgəlməsi üçün ilkin material olan məhv olmuş bitki qalıqların toplanırdı. Cənub yarımkürəsində kontinental rejim üstünlük təşkil edirdi. Burada mövcud olan Qondvana qitəsində dəfələrlə dağ buzlaşması (Cənubi Amerika, Avstraliya) baş vermişdi. Perm dövrü dəniz hövzələrində seratit xətli aimonoideyalar (seratitlər, bəzi aqoniatitlər) meydana gəlmiş, quruda anapsid və sinapsid sürünənlər və pulcuqlu kərtənkələlər, bitkilərdən-qatırquyruqukimilər və çılpaqtoxumlulardan bennettitlər inkişaf etmişdir. Perm dövrü foraminiferlərin (fuzulinidlər), mərcanların (tabuatoidealar və dördşüalılar), buğumayaqlıların (trilobitlər və evripteroidealar), başıayaqlı moluskaların (qoniatitlər), hiolitlərin, qıfıllı braxiopodların (ortidlər, strofomenidlər və produktidlər), mamırkimilərin (sistoporidlər, rabdomezonidlər, kriptosomidlər), balıqlardan akantodların, qədim şüaüzgəclilər və fırçaüzkəclilərin, ikicür tənəffüslülərin, bitkilərdən – qıjıların və b. məhv olması ilə səciyyələnir; lepidodendronlar, kalamitlər, kordaitlər və b. tənəzzülə uğrayır. Perm dövrü hövzələri üçün foraminiferlər, tabulatoidealar və dördşüalı mərcanlar, ammonoideyalar (aqoniatitlər, qoniatitlər və seratitlər), qıfıllı braxiopodalar (produktidlər və spiriferidlər), mamırkimilər (kriptostomidlər), dəniz qönçələri və zanbaqları, bəzi köpəkbalıqıkimilər xarakterikdir. Quruda həşəratlar, suda-quruda yaşayanlardan – steqosefallar və qədim reptilialar (kotilozavrlar və b.) səciyyəvidir. Perm dövrü çılpaqtoxumlu bitkilər geniş yayılmış, yüksək inkişafın pilləsinə çatmışdır. Rifəmələgətirən orqanizmlər, mamırkimilər, mərcanlar, krinoideyalar, süngərkimilər, sianobiontlar və yosunlar olmuşdur. Quruda aridləşmə müşahidə olunmuş, iynəyarpaqlılar meydana gəlmişdir. Karbonun fitocoğrafi vilayətiləri permdə yalnız bir müddət qorunub qalmışdır. Dövrün sonunda bitki aləminin yeniləşməsi başlamışdır.

Yerin geoloji tarixinin bir hissəsi
Perm dövrü
298.9—251.9 mln il qabaq
←
Ke
O
S
D
Ка
Pe
Тr
Y
Tə
Pa
N
Geoxronoloji məlumatlar
Eon Fanerozoy
Era Paleozoy
İqlim
Oksigen səviyyəsi 22 %
CO2 səviyyəsi 0,4 %
Orta temperatur 21—23 °C
← Daş kömür dövrü
Trias dövrü →
Geoxronoloji şkala milyon
il
əvvəl
Eon Era Dövr 0
F
a
n
e
r
о
z
о
y
Kaynozoy Dördüncü dövr 2,58
Neogen 23
Paleogen 66
Mezozoy Təbaşir 145
Yura 201
Trias 252
Paleozoy Perm 299
Karbon 359
Devon 419
Silur 444
Ordovik 485
Kembri 541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
Proterozoy Neoproterozoy Ediakar 635
Kriogen 720
Toni 1000
Mezoproterozoy Steni 1200
Ektaz 1400
Kalim 1600
Paleoproterozoy Stater 1800
Orozir 2050
Rias 2300
Sider 2500
Arxey Neoarxey 2800
Mezoarxey 3200
Paleoarxey 3600
Eoarxey 4000
Katarxey 4600
Mənbə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Perm dövrü haqqında məlumat. Perm dövrü nədir? Perm dövrü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hörmət

  • Fevral 27, 2026

    259 (ədəd)

  • Fevral 26, 2026

    Antonov (şirkət)

  • Fevral 27, 2026

    Frankenşteyn

  • Fevral 27, 2026

    Kasta sistemi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst