Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laoşan Şanyü (çin: 老上單于) – Eramızdan əvvəl 174-160-cı illər arasında hökm sürmüş Böyük Hun İmperiyası hökmdarı, Mete xaqanın oğlu.

Laoşan

  • Ana Səhifə
  • Vikipediya
  • Laoşan

Laoşan Şanyü (çin: 老上單于) – Eramızdan əvvəl 174-160-cı illər arasında hökm sürmüş Böyük Hun İmperiyası hökmdarı, Mete xaqanın oğlu.

Laoşan Şanyü
老上單于
Hunların üçüncü şanyüsü
E.ə. 174 – E.ə. 160
ƏvvəlkiMete xaqan
SonrakıGünçen
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi E.ə. 160
Milliyyəti Hun türkü
Atası Mete xaqan
Uşaqları Günçen
İçiz
Hunye
Syuçu
Dini Tenqriçilik

Mündəricat

Adı

Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür.

Hakimiyyəti

Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar. Laoşanın istəyi Çini tamamilə ələ keçirmək idi. E.ə. 166-cı ildə Hunlar 140.000 əsgərlə birlikdə paytaxt Siana çatarkən imperator ətraf ərazilərdən yığdığı 100.000 əsgərlə onu qarşılamağa çıxdısa da Laoşan geriyə, Monqolustana çəkildi. Onun bu səyahəti bir ay çəkdi. O daha sonra 10.000 hun əsgəri ilə Lyaodun yarımadasına hücuma keçdi. İndiki Pekinin yaxınlıqlarında yerləşən Çili şəhərinəcən gələn Laoşan imperatorun sülh təklifi ilə razılaşaraq geri qayıtdı. Mərkəzi Asiyadakı son Hind-Avropa qövmü olan Yueçjilər qovuldu. E.ə. 162-ci ildə Yueçji xanının qafatasından qımız qabı düzəldən Laoşan imperiyanı qərbə doğru genişlətdirdi. Sonradan bu qab atadan-oğula keçməyə başladı. O hakimiyyətə gələn kimi İmperator Venin qızı ilə evlənmişdi.

Ölümü və ailəsi

Eramızdan əvvəl 160-cı ildə Laoşan, ehtimal ki, müasir Monqolustan ərazisində öldü. Laoşanın ölümündən sonra taxt Günçenə keçdi. Böyük Hun İmperiyası Günçen dövründə böyük gücünü itirməyə və daralmağa başladı. Çin imperatoru Vu-tinin həyata keçirdiyi islahatlar və hunlara qarşı həyata keçirdiyi siyasət uğurla nəticələnməyə və Hun imperiyası zəifləməyə başladı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laoşan haqqında məlumat. Laoşan nədir? Laoşan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muzdlu döyüşçü

  • Fevral 27, 2026

    İP-telefon

  • Fevral 27, 2026

    MKT-Araz FK

  • Fevral 26, 2026

    Feodosiya sülaləsi

  • Fevral 24, 2026

    Konkistador

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst