Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008

Pərviz Müşərrəf

  • Ana Səhifə
  • Vikipediya
  • Pərviz Müşərrəf

Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb.

Pərviz Müşərrəf
urdu پرویز مشرف
Pakistan Prezidenti
20 iyun 2001 – 18 avqust 2008
ƏvvəlkiMəhəmməd Rafiq Tarar
SonrakıMəhəmməd Mian Samro
Pakistanın Baş naziri
12 oktyabr 1999 – 21 noyabr 2002
ƏvvəlkiNəvaz Şərif
SonrakıZəfərulla Xan Camali[d]
Pakistanın müdafiə naziri
12 oktyabr 1999 – 23 oktyabr 2002
ƏvvəlkiNəvaz Şərif
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1943(1943-08-11)
Doğum yeri
  • Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası
Vəfat tarixi 5 fevral 2023(2023-02-05) (79 yaşında)
Partiya
  • Pakistan Müsəlman Liqası (Q) (–2010)
Fəaliyyəti siyasətçi, maliyyəçi, hərbi qulluqçu
Dini İslam
Hərbi xidmət
Qoşun növü Pakistan Quru Qoşunları
Döyüşlər
  • İkinci Hindistan-Pakistan müharibəsi,
  • Üçüncü Hindistan-Pakistan müharibəsi,
  • Pakistandakı dövlət çevrilişi (1999),
  • Əfqanıstan vətəndaş müharibəsi (1996-2001),
  • Kargil müharibəsi
Rütbəsi
  • general
Təltifləri "Nişan-e-İmtiyaz" ordeni "Sitara-e-İmtiyaz" ordeni Imtiazi Sanad Tamgha-i-Basalat "Kral Əbdüləziz" ordeni "Zeyd" ordeni
generalpervezmusharraf.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib.

Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi. Benazir Bhutto baş nazir olarkən Müşərrəf hərbi əməliyyatlardan məsul komandir, 1998-ci ildə ordu komandiri oldu. Kəşmir problemi Pakistanın Hindistan ilə 3 dəfə müharibə etməsinə səbəb oldu.

Müşərrəf 1999-cu ildə Kəşmir məsələsinə dair Hindistan ilə yaşanan böhran zamanı keçirilən mətbuat konfransları ilə tanınan sima oldu. Ancaq Kəşmirdəki müqavimətçilərin geri çəkilməsinə dair təlimatından sonra o dövrün baş naziri Nəvaz Şərif ilə fikir ayrılığına düşdülər.

1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirdi. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışmışdı. General P. Müşərrəfin bu çevriliş beynəlxalq ictimaiyyətin etirazına səbəb olmaqla yanaşı, Pakistanın BMT-nin üzvlüyü məsələsinin təxirə salınması ilə nəticələnmişdi.

Beynəlxalq ictimaiyyət tərəfindən Müşərrəfə göstərilən təzyiqlər ABŞ-də baş verən 2001-ci il 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsiylə yumşaldı və Müşərrəf hakimiyyəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başlandı.

2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verdi.

Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan etdi. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazandı və ölkənin baş naziri oldu.

P. Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pərviz Müşərrəf haqqında məlumat. Pərviz Müşərrəf nədir? Pərviz Müşərrəf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vasili Surikov

  • Fevral 27, 2026

    Kompleks ədədlər

  • Fevral 27, 2026

    Bolqar

  • Fevral 27, 2026

    Komi-permyaklar

  • Fevral 27, 2026

    Utrext birliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst