Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Osman Nəsrəddin oğlu Əfəndiyev (18 dekabr 1941, Birinci Şıxlı, Qazax rayonu) — Alim, fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə

Osman Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Osman Əfəndiyev

Osman Nəsrəddin oğlu Əfəndiyev (18 dekabr 1941, Birinci Şıxlı, Qazax rayonu) — Alim, fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasının professoru. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir. Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.

Osman Əfəndiyev
Milli Demokrat-İdrak Partiyasının sədri
5 oktyabr 1989 – 5 iyun 2023
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1941(1941-12-18) (84 yaş)
Doğum yeri
  • Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi
  • elmlər doktoru
Elmi adı
  • professor

Həyatı və elmi fəaliyyəti

Osman Əfəndiyev 1941-ci il dekabrın 18-də Qazax rayonu nun Birinci Şıxlı kəndində anadan olmuşdur. Əfəndiyevlər (Qazax) soyundandır. Birinci Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Pedaqoji Universitet) qəbul olmuş, 1963-cü ildə buranı bitirmişdir.

1963–1970-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsində məsul vəzifədə işləmişdir.

1970–1973-cü illərdə təhsilini aspiranturada davam etdirmişdir. 1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

1973-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışır.

1978–1980-ci illərdə Moskva Dövlət Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.

Osman Əfəndiyevin elmi tədqiqatı fəlsəfənin idrak nəzəriyyəsinə həsr olunmuşdur. O, estetik idrak kateqoriyasının sistemli tədqiqinə və bu kateqoriyanın bədii idrak sahəsinə tədbiqinə nail olmuşdur. Altmış üç fəlsəfi-estetik qanunauyğunluğu estetik idrak nəzəriyyəsinə daxil etmişdir. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir.

Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.

Elmi idrak sahəsində "qavrayışın" ikinci idrakı pillə kimi "duyğulardan" sonra gəlməsi haqqında elmdə qərarlaşmış elmi idrak metoddan fərqli olaraq, duyğu ilə qavrayış arasında digər anlayışların mövcudluğunu sübuta yetirmişdir. O, həmçinin elmi idrak metodu kimi "münasibətin" "mənimsəmədən" əvvəl gəlməsi barədə elmdə qəbul olunmuş nəzəri bilikdən fərqli olaraq "estetik mənimsəmənin", "estetik münasibətdən" əvvəl mövcud olmasına dair yeni metod ortaya qoymuşdur.

Fəlsəfənin aktual məsələlərinə həsr olunmuş 200-dən çox məqalənin, 12 kitabın müəllifidir.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Osman Əfəndiyev haqqında məlumat. Osman Əfəndiyev nədir? Osman Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həsən Can

  • Fevral 27, 2026

    İosif Brodski

  • Fevral 27, 2026

    Propilen

  • Mart 01, 2026

    Anatol Frans

  • Fevral 23, 2026

    İtaliya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst