Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhtimqulu (türkm. Magtymguly Pyragy; ing. Magtymguly; azərb. Məxdumqulu Fəraqi‎; təq. 1733 – təq. 1782[…], Gülüstan ostanı) — türkmən şairi, Dövlətməhəmməd Aza

Məxdumqulu Fəraqi

  • Ana Səhifə
  • Vikipediya
  • Məxdumqulu Fəraqi

Məhtimqulu (türkm. Magtymguly Pyragy; ing. Magtymguly; azərb. Məxdumqulu Fəraqi‎; təq. 1733 – təq. 1782[…], Gülüstan ostanı) — türkmən şairi, Dövlətməhəmməd Azadinin oğlu

Məhtimqulu
poçt markası
poçt markası
Doğum tarixi təq. 1733(1733)
Vəfat tarixi təq. 1782(1782)[…] (48–49 yaşında)
Vəfat yeri
  • Gülüstan ostanı, İran
Atası Dövlətməhəmməd Azadi
Fəaliyyəti şair
Əsərlərinin dili türkmən dili
Vikimənbənin loqosu Məhtimqulu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Şair Dövlət-Məmmədin oğlu, türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı qovuşan kəndində anadan olmuşdur. Məhtimqulunun ailəsi oturaq Göklən tayfasının, Gerkez qəbiləsinin, Qışıq qoluna aiddir. Yetkin çağlarında Məhtimqulu özünə Fərağı ləğəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. Bundan başqa Məhtimqulu uşaqlıqdan zərgərlik və dəmirçilik ilə məşğul olub. 1753-cü ili Buxara xanlığında Qızıl-Ayağdaki İdris-Baba mədrəsəsində oxuduqdan sonra, 1754-cü ildə Buxaranın məşhur Kukeldaş mədrəsəsində də bir il oxuyur. Burada o öz dövrünün savadlı adamlarından sayılan mövlana Nuri-Kazım ibn Baharla tanış olur və onunla birlikdə səyahətə çıxır. Özbəkistanı, Tacikistanı, Əfqanıstanı keçərək Hindistanın şimalına tərəf gedir. 1757-ci ildə hər iki nəfər o dövrün elm mərkəzlərindən biri sayılan, çoxlu mədrəsəsi olan Xivə şəhərinə gəlirlər. Burada Məhtimqulu Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə daxil olur. 1760-cı ildə atasının ölümü ilə əlaqədar o vətəninə qayıdır. Sevdiyi qızın başqasına ərə verilməsi və iki böyük qardaşının ölümü ona böyük zərbə olur. Qardaşlarına olan niskil onun şeirlərində iz buraxmışdır. Lakin bununla onun məhrumiyətləri bitmir. O evlənir, lakin onun iki oğlu gənc yaşlarında vəfat edirlər. 1760-cı ildən sonra ölümünə kimi o Manqışlağa, Həştərxana, Azərbaycana, oradanda Yaxın və Orta Şərq ölkələrinə səyahət edir. Məhtimqulunun əsas nailiyyəti klassik ədəbiyyatı folklor ilə yaxınlaşdırmasıdır. O həmçin türkmən ədəbiyyatını ərəb və fars təsirlərindən xeyli azad edib. Şair 1783-cü ildə vəfat edib. Məhtimqulu türkmənlərin birləşməsini istəyirdi. Bu onun yaradıcılığında yer almışdır. Türkmənlərin özlərini ayrı-ayrı tayfalara aid edən bir millət hesab edirdi. Məhtimqulunun yaradıcılığı Azərbaycanın görkəmli yazıçıları Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə çox təsir etmişdir. Həmçinin Məhtimqulu özü də heç şübhəsiz Azərbaycan ədəbiyyatından təsirlənmişdir.

Yaradıcılığı

1760-cı ildə atası rəhmətə getdi və Məhtimqulu doğma Türkmənistana qayıtmağa məcbur oldu. Amma vətənə qayıtması ona yeni bir dərd də gətirdi. Atasının ölümü ilə bağlı qüssə və kədər içində olan Məhtimquluya bir mənəvi zərbə də illərlə sevgisini ürəyində gəzdirdiyi Mənli adlı qızın başqa birisinə ərə verilməsi ilə dəydi. Mənlinin valideynləri qızları üçün böyük miqdarda başlıq tələb edirdilər. Bu başlığı vermək üçünsə Məhtimqulunun maddi imkanı yox idi. Ona görə də Mənlini başqa birisinə zorla ərə verdilər. Sevgilisini ömrünün sonuna kimi unuda bilməyən Məhtimqulu onun eşqinə şeirlər yazmağa başladı. Bu şeirlərində isə o Fəraqi (sevgilisindən ayrılan) imzası ilə çıxış edirdi.

Ədəbiyyat

  • Краткая литературная энциклопедия, М., 1972.
  • Предисловие А. Зырина и М. Овезгельдыева к изданию Махтумкули, Стихотворения, Советский писатель, Ленинградское отделение, 1984
  • Нуры Байрамов. "Долгая дорога", Ашхабад, "Магарыф", 1986. В составе сборника повесть "Долгая дорога" (перевод Михаила Гребнева) о Махтумкули.

Həmçinin bax

  • Məhtimqulu (film)
  • "Məhtimqulu Fəraqi" medalı
  • Fəraqi (film)
  • Məhtimqulu Fəraqinin Divanı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məxdumqulu Fəraqi haqqında məlumat. Məxdumqulu Fəraqi nədir? Məxdumqulu Fəraqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Maldiv adaları

  • Fevral 27, 2026

    Seysulan

  • Fevral 27, 2026

    Rafael Nadal

  • Fevral 27, 2026

    Novoçerkassk

  • Fevral 27, 2026

    Sibuyan dənizi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst