|
| Yəhudilik fəlsəfəsi Dini mətnlər Müqqədəs şəhərlər Yəhudi bayramları Dini şəxsiyyətlər Musəvilik həyat tərzi Məktəblər Dini rollar Dini tikililər Musevi Ayin sistemi Yəhudi dilləri Etnik bölünmələr Musəvi məzhəbləri Dini obyektlər Musevi duaları Digər dinlərlə əlaqələr |
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir.
Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir.
Xüsusiyyətləri
Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar.
Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz.
Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür.
Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Ortodoks yəhudilər eramızdan əvvəl 150-ci ildə Yerusəlimdə mövcud olan və Müqəddəs Torpağa hakim olan əsas təriqət olan yəhudi "perushim" təriqətinə mənsubdurlar.
Digər yəhudi məzhəbləri də mövcuddur: Sadukeylər, Essenlər, Kənaimlar.
perushim Əhdi-Cədiddə İsa Məsihin əleyhdarları kimi qeyd olunur və hətta yalançı peyğəmbərliklər yaydığına görə onun həbs edilməsini əmr ediblər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ortodoks yəhudilik sözünün mənası, ortodoks yəhudilik haqqında məlumat. ortodoks yəhudilik nədir? ortodoks yəhudilik nə deməkdir?
