Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mezuza (idiş מזוזה‎) İvrit sözü olan mezuza "qapı yamacı" deməkdir. Mezuza, qapıya vurulan ağac, plastik, metal şüşə və analoji materiallardan hazırlanmış bir p

Mezuza

  • Ana Səhifə
  • Vikipediya
  • Mezuza

Mezuza (idiş מזוזה‎) İvrit sözü olan mezuza "qapı yamacı" deməkdir. Mezuza, qapıya vurulan ağac, plastik, metal şüşə və analoji materiallardan hazırlanmış bir parçadır.

Mezuza

Mündəricat

Məzmunu

Soldan sağa tikilən bu parça, Tövratın Devarim (6: 4–9 və 11: 13–21) bölümlərində Şema və Veaya mətnlərini ehtiva edir. İstifadə olunan parça adətən bir heyvanın dərisindən hazırlanır. Orfoqrafiya qaydaları Sefer Tora proqram qaydaları ilə eynidir. Mezuza parçaları əl ilə yazılır, mətbəə yazıları istifadə edilə bilməz. Mezuzanın xarici tərəfində müqəddəs bir məna verən "Şaday" yəni "hər şeyə qadir" ifadəsi qeyd edilir. "Şaday" eyni zamanda "Şomer Dlatot Yisrael" yəni, "İsrail qapılarının keşikçisi və ya qoruyucusu" sözlərinin baş hərflərindən ibarətdir.

Forması

Yəhudi evlərinin giriş qapısının sağ tərəfində, Tövratdan olan mətnlərdən ibarət qoyulmuş bir qutu və evin qapısına ilişdirilmiş bir qutu parçası. İvrit dilində "mezuza" qapıya yapışdırılan və ya quraşdırılan yamaca deyilir. Yalnız bu fərqlə ki, düzəldilib yapışdırılmış və ya quraşdırılmış taxta və ya metal qutuda Tövratın "qanunun təkrarı" kitabından mətnlər yazılır. Xüsusilə "Dinlə, ey İsrail: Allahımız Yehova tək olan Yehovadır" (6:4–9 və 11:13–21) və ya "İsrail qapılarının qoruyucusu" cümləsinin baş hərflərindən olan "Şaday" ifadəsi yazılır. Mezuza evin əsas xarici qapısına, hamam və tualet istisna olmaqla, bütün digər qapıların sağ tərəfinə, yamac və xüsusi bir dua ilə mismarlanır. Hər bir dindar yəhudi evdən çıxıb evə girərkən barmaqları ilə mezuzaya toxunur və onu öpür. Mezuzalar Sofer adlı xəttatlar tərəfindən bir kaşer (halal) heyvanın dərisinə mürəkkəb və qamış qələm ilə yazılır. Yəhudi inancına görə, qapılara vurulmuş mezuzalar ən azı yeddi ildə iki dəfə açılmalı və kontrol edilməlidir. Mürəkkəblərdə bir sızma varsa, dərhal bir ravvinə aparılır və dəyişdirilməsi lazımdırsa yenisi ilə əvəz olunur.

Yəhudi Halaxa görə, mezuza hər 7 ildə iki dəfə yoxlanılmalıdır, lakin əgər bu, sinaqoq kimi ictimai yerdəki mezuzadırsa, hər əlli ildən bir iki dəfə yoxlanılmalıdır.

Həmçinin bax

  • Yəhudilər
  • Yehova
  • Tövrat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mezuza haqqında məlumat. Mezuza nədir? Mezuza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    2 may

  • Fevral 27, 2026

    Beverli Hills

  • Fevral 27, 2026

    Rifah Partiyası

  • Fevral 27, 2026

    Baterst

  • Fevral 27, 2026

    Vişeqrad qrupu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst