Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orinoko timsahı (lat. Crocodylus intermedius) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi Amerikanın şimalındakı Orinoko çayı hövzəsində yaşayır.

Orinoko timsahı

  • Ana Səhifə
  • Vikipediya
  • Orinoko timsahı

Orinoko timsahı (lat. Crocodylus intermedius) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi Amerikanın şimalındakı Orinoko çayı hövzəsində yaşayır.

Orinoko timsahı
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Orinoko timsahı
Beynəlxalq elmi adı
  • Crocodylus intermedius
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  202201
NCBI  184240
EOL  795281
FW  

Mündəricat

Görünüş

Ən böyük timsah növlərindən biri və Cənubi Amerikanın ən böyük heyvanıdır: yetkin erkəklər ən az 5.2 m, bəzən daha böyük uzunluğa çata bilir. Yeddi metrdən uzun olan nümunələr haqqında da məlumatlar vardır, lakin etibarlı mənbə deyillər. Hal-hazırda 5 m-dən böyük olan fərdlər olduqca nadirdir. Dişilər erkəklərdən xeyli kiçikdir və nadir hallarda uzunluğu 3.6 m-dən yuxarı olur.

Orinoko timsahının rəngi qara ləkələri olan açıq yaşıl və ya bozumtuldan tünd yaşıl rəngə qədər dəyişə bilər. Sifət nisbətən uzun və ensizdir. Baxmayaraq ki, Hind qavialındakı ilə eyni dərəcədə deyil. Afrika ensizburun timsahının burnuna bənzəyir. Dişlərin sayı 68-dir.

Həyat tərzi

Yetkinlər əsasən iri balıq və sürünənlərlə (məsələn:kaymanlar və anakondalar), həmçinin kapibaralar kimi məməlilərlə, daha az dərəcədə quşlarla və böyük onurğalılarla qidalanırlar. Nisbətən dar burunlu olmasına baxmayaraq, böyük fərdlər at və mal-qaranın öhdəsindən gələ bilirlər. Orinoko timsahının insanlara hücum etməsi barədə məlumatlar vardır, lakin bu heyvanların yaşayış yerlərinin azlığı və insan məskənlərindən uzaqlığı səbəbindən bu cür hallar son dərəcə nadirdir. Quru mövsümdə çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalır və bu da yaşayış üçün uyğun sahələrin azalmasına səbəb olur. Timsahlar ümumiyyətlə bu vaxtı çayların kənarında olan çuxurlarda keçirirlər.

Dişi yanvar-fevral aylarında, quru fəslin başlaması ilə, ümumiyyətlə cütləşdikdən 14 həftə sonra çay sahilində 15–70 yumurta qoyur. 70 gündən sonra gecə timsahlar yumurtadan çıxır. Onları tapıb suya aparan analarını səslə çağırırlar. Annaları övladlarını həyatının ilk ilində, bəzən üç ilə qədər qoruyur. Bala timsahlar tez-tez tequ, anakonda, yaquar, puma və kayman kkmi yırtıcılar tərəfindən ovlanılır. Baxmayaraq ki bu yırtıcılar bəzən balaları qoruyan dişi tərəfindən hücumlara məruz qalır və öldürülürlər.

Populyasiya

Orinoko timsahı Kolumbiya və Venesuelanın çaylarında, göllərində, Orinoko çayının orta və aşağı axınlarında yaşayır. Venesuelanın şimalındakı adalarda bəzi fərdlər tapılmışdır. Bu da onların duzlu suya bir qədər dözümlü olduqlarını deməyə əsas verir.

Orinoko timsahı ən nadir timsahlardan biridir. Uzun müddət timsah dərisi üşün brakonerlər tərəfindən məhv edilmişdir. Bu da sayının kəskin azalmasına səbəb olur. 1970-ci illərdən bəri onları ovlamaq qadağandır. Bununla belə növün sayı təhlükəli dərəcədə azdır. Vəhşi təbiətdə, 250 ilə 1500 arasında fərd vardır. Bu da onları qorumaq üçün kifayət deyil. Növlün qorunması üçün görülən tədbirlər hələ də təsirsizdir. Bəzi ərazilərdə timsah yuvaları dağıdılır, ət və dəri üçün nəzarətsiz ovçuluq aparılır. İdarəetmə onunla bağlı olaraq cətinləşir ki, bu növün dərisini Amerika timsahının dərisindən ayırmaq çətdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Orinoko timsahı haqqında məlumat. Orinoko timsahı nədir? Orinoko timsahı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qorqonalar

  • Fevral 27, 2026

    Oqtay Atayev

  • Fevral 24, 2026

    Türkmən dili

  • Fevral 23, 2026

    Myanma

  • Fevral 27, 2026

    XVI Qriqori

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst