Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oqtay Kazım oğlu Şirəliyev (2 avqust 1950, Bakı – 3 oktyabr 2025, Bakı) — Azərbaycan həkimi və tibb təşkilatçısı, tibb elmləri doktoru (1992), professor (2003),

Oqtay Şirəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Oqtay Şirəliyev

Oqtay Kazım oğlu Şirəliyev (2 avqust 1950, Bakı – 3 oktyabr 2025, Bakı) — Azərbaycan həkimi və tibb təşkilatçısı, tibb elmləri doktoru (1992), professor (2003), Azərbaycan Respublikasının səhiyyə naziri (2005–2021).

Oqtay Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə naziri
20 oktyabr 2005 – 23 aprel 2021
ƏvvəlkiƏli İnsanov
SonrakıTeymur Musayev (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1950(1950-08-02)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 oktyabr 2025(2025-10-03) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Tibb İnstitutu (1967–1973),
  • Birinci Moskva Tibb İnstitutu (1978–1981)
Fəaliyyəti siyasətçi, həkim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri doktoru (1992)
Elmi adı
  • professor
Təltifləri "Şöhrət" ordeni — 2015 "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı — 2010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Oqtay Kazım oğlu Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra, 1967–1973-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil almışdır. 1974-cü ildə Bakı şəhərində Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi əmək fəaliyyətinə başlamışdır. Peşə biliklərini artırmaq məqsədilə 1977-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə Birinci Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur.

1981-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi kimi fəaliyyətə başlamış, 1982-ci ildə Respublika Endoskopiya Mərkəzinin rəhbəri, 1983–1988-ci illərdə isə Azərbaycan SSR Səhiyyə Nazirliyində Elmi şöbənin rəisi olmuşdur. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, 1991–2005-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent, professor və kafedra müdiri kimi fəaliyyət göstərmişdir.

Oqtay Şirəliyev Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilmişdir. O, 2005–2008-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007–2008-ci illərdə həmin komitənin vitse-prezidenti, 2009–2012-ci illər ərzində isə ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü olmuşdur. 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilmişdir.

Oqtay Şirəliyev 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi adını almışdır. 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyasını müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, 100-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təklifin müəllifi olmuşdur.

Oqtay Şirəliyev 12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

Oqtay Şirəliyev 3 oktyabr 2025-ci ildə Bakı şəhər Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oqtay Şirəliyev haqqında məlumat. Oqtay Şirəliyev nədir? Oqtay Şirəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kergelen silsiləsi

  • Fevral 27, 2026

    Nar

  • Fevral 27, 2026

    Veb-komiks

  • Fevral 26, 2026

    Gellər

  • Fevral 27, 2026

    Himyarilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst