Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teymur Yusif oğlu Musayev (16 sentyabr 1970, Bakı) — Azərbaycan Respublikasının səhiyyə naziri (2022-ci ildən).

Teymur Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • Teymur Musayev

Teymur Yusif oğlu Musayev (16 sentyabr 1970, Bakı) — Azərbaycan Respublikasının səhiyyə naziri (2022-ci ildən).

Teymur Musayev
Azərbaycan Respublikasının səhiyyə naziri
Vəzifədədir
19 yanvar 2022-ci ildən
  1. i. e. 14–16 fevral 2024
ƏvvəlkiOqtay Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı
23 aprel 2021 – 19 yanvar 2022
Azərbaycan Respublikasının Səhiyyə nazirinin birinci müavini
23 aprel 2021 – 19 yanvar 2022
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1970(1970-09-16) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]

Həyatı

16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb. 1994–1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997–2001-ci illərdə H. T. P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001–2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq" proqramının direktor müavini vəzifəsində çalışıb. 2003–2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006–2015-ci illərdə N. Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015–2016-cı illərdə "Baku Dobromed Hospital" özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016–2019-cu illərdə "Chenot Palace Gabala" kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019–2020-ci ilin aprel ayına kimi "Spero Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

Siyasi karyerası

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Yusif oğlu Musayevə verilib.

19 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Musayev haqqında məlumat. Teymur Musayev nədir? Teymur Musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Voyacer 1

  • Fevral 27, 2026

    Matüridilər

  • Fevral 27, 2026

    8 (ədəd)

  • Fevral 28, 2026

    Pedaqoji təhsil

  • Fevral 26, 2026

    EBay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst