Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

One-Punch Man (ワンパンマン, Wanpanman?, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan ve

One-Punch Man

  • Ana Səhifə
  • Vikipediya
  • One-Punch Man

One-Punch Man (ワンパンマン, Wanpanman?, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır.

One-Punch Man
Manqa adaptasiyasının birinci cildinin üzlüyü.
ワンパンマン
(Wanpanman)
azərb. Vanpançmen‎
azərb. Tək zərbə-adam‎
Janr döyüş, parodiya, superqəhrəman
Manqa
Veb-komiks
ManqakaOne
NəşriyyatMüəllif tərəfindən
Nəşr tarixi2009 – hazırda
Manqa
Remeyk
YazıçıOne
RəssamYusuke Murata
NəşriyyatShueisha
Tərcüməçi nəşriyyat
ŞA
Viz Media
Tərcümə jurnalı
ŞA
Weekly Shonen Jump
Demoqrafiyaseynen
Nəşr tarixi14 iyun 2012 – hazırda
Cildlər36 (cild siyahısı)
Anime
RejissorŞinqo Natsume (I mövsüm)
Çikara Sakuray (II mövsüm)
ProdüsserÇinatsu Matsui
Nobuyuki Hosoya
Keyta Kodama
Ayuri Taquçi
SsenaristTomohiro Suzuki
BəstəkarMakoto Miyazaki
StudiyaMadhouse(I mövsüm)
J.C. Staff (II mövsüm)
Digər lisenziyalar
AVA
Madman Entertainment
BA
Kazé
ŞA
Weekly Shonen Jump
KanalTX, TVO, TVQ, KBS, BS Japan, AT-X
Digər kanallar
CŞA
Animax Asia
ABŞ
Adult Swim
Buraxılış tarixi5 oktyabr 2015 – hazırda
Seriyalar12 + 6 OVA (seriya siyahısı)
Anime
One-Punch Man: Road to Hero
ProdüsserMinoru Yamaoka
SsenaristTomohiro Suzuki
StudiyaMadhouse
Vaxt24 dəq.
  Anime və manqa portalı

Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.

Mündəricat

Məzmun

Yaponiyada yerləşən uydurma Z şəhəri metropolisi, o cümlədən, bütün dünya müəmmalı və fəlakətlərə səbəb olan bədheybətlərlə doludur. Buna görə dünyanın müxtəlif superqəhrəmanları onlara qarşı döyüşürlər. Hekayənin baş qəhrəmanı Saytama dünyanın ən güclü superqəhrəmanıdır. O qədər güclüdür ki, istənilən bədheybəti və ya supercinayətkarı bir yumruqla öldürə bilər. Buna baxmayaraq ağlasığmaz gücünə görə Saytama sıxılır və ona qarşı daha yaxşı müqavimət göstərə bilən güclü rəqiblər axtarmağa çalışır.

Saytama superqəhrəman kimi müxtəlif superqəhrəmanlarla və supercinayətkarlarla qarşılaşır. Tezliklə kiborq olan Qenosu şagird kimi qəbul edir və rəsmi tanınma əldə etmək üçün Qəhrəmanlar Assosiasiyasına qatılır. Qəhrəmanlar Assosiasiyasının top üzvlərinin belə məğlub edə bilmədiyi çox güclü bədheybətləri məğlub etməsinə baxmayaraq Saytama hörmət qazanmağa çalışır. Bəzi insanlar Saytamanı fırıldaqçı superqəhrəman olmaqda günahlandırırlar. Ancaq çox az adam onun bacarığını və təvazökarlığını dərk edir.

Media

Manqa

One "One-Punch Man"-i 2009-cu ildə veb-komiks şəklində yayımlamağa başlamışdır. 2018-ci ilin mayına qədər veb-komiksin 134 fəsli buraxılmışdır. Veb-komiks populyarlıq əldə etdikdən sonra (2012-ci ilin iyununda 7,9 milyon baxış əldə etmişdir) Yusuke Murata One ilə müqavilə bağlayaraq manqanı çəkməyə və Shueisha nəşriyyatı tərəfindən nəşr olunan "Weekly Shonen Jump" jurnalının "Young Jump Web Comics" (となりのヤングジャンプ, Tonari no Yangu Janpu?) spin-off manqa saytı vasitəsilə yayımlamağa nail olmuşdur. İlk fəsil 14 iyun 2012-ci ildə nəşr olunmuşdur. 2015-ci ilin avqustunda buraxılmış 9-cu cildə Drama CD daxil edilmişdir.

21 yanvar 2013-cü ildə remeyk manqası Viz Media-nın "Weekly Shonen Jump" (əvvəllər "Shonen Jump Alpha") saytı vasitəsilə Şimali Amerikada yayımlanmağa başlamışdır. İlk rəqəmsal cild 2014-cü ilin fevralında buraxılmışdır. "One-Punch Man" ComiXology-də mövcud olan bir neçə seriyadan biridir (2014-cü ilin iyununda). 2015-ci ilin sentyabrında manqa çap şəklində Şimali Amerikada buraxılmağa başlamışdır.

Anime

10 mart 2015-ci ildə "Weekly Young Jump" jurnalının 15-ci buraxılışında anime adaptasiyası anons edilmişdir. Anime serialı Şinqo Natsumenin rejissorluğu və Tomohiro Suzukinin ssenaristliyi ilə Madhouse studiyası tərəfindən çəkilmişdir. Baş animasiyaçı və personaj dizayneri Çikaşi Kubota, bəstəkar Makoto Miyazaki, dizaynerlər Şiqemi İkeda və Yukiko Maruyama olmuşdur. Ken Haşimoto rəng rəssamı, Akane Fuşihara fotoqrafiya rejissoru, Kaşiko Kimura redaktor və Şoci Hata səs dizayneri olmuşdur. Açılış mahnısı JAM Project tərəfindən ifa olunan "The Hero!! ~Ikareru Ken ni Honō o Tsukero~" (THE HERO!! ~怒れる拳に火をつけろ~?, azərb. "Qəhrəman!! Şiddətli yumruğu alova vermək‎) mahnısı, bağlanış mahnısı Hiroko Moriquçi tərəfindən ifa olunan "Hoshi Yori Saki ni Mitsukete Ageru" (星より先に見つけてあげる?) mahnısıdır.

"One-Punch Man" Yaponiyada 5 oktyabr 2015-ci ildən 21 dekabr 2015-ci ilə kimi TV Tokyo vasitəsilə, növbəti tarixlərdə isə TVO, TVQ, KBS, BS Japan və AT-X vasitəsilə yayımlanmış və 12 seriya davam etmişdir. Anime Niconico, Hulu, Daisuki və Viz Media-nın Neon Alley xidməti vasitəsilə də nümayiş etdirilmişdir. Anime ilk baxış 6 sentyabr 2015-ci ildə Saytama Şəhəri Mədəniyyət Mərkəzində baş tutmuşdur. Viz Media animeni Şimali Amerika, Kaze UK Böyük Britaniya, Madman Entertainment isə Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırmışdır. 4 dekabr 2015-ci ildə manqanın 10-cu cildi ilə birlikdə OVA seriyası buraxılmışdır. Mövsümün əlavə OVA seriyaları mövsümün Blu-ray Disc & DVD cildləri ilə buraxılmışdır. İlk Blu-ray Disc & DVD cildi 24 dekabr 2015-ci ildə buraxılmışdır.

İkinci mövsüm 2016-cı ilin sentyabrında anons edilmişdir. İkinci mövsüm bu dəfə J.C. Staff studiyası tərəfindən çəkiləcək, Çikara Sakuray yeni rejissor Yoşikazu İvanami yeni səs rejissoru olacaq. 12 avqust 2018-ci ildə ikinci mövsümün 2019-cu ilin aprelindən yayımlanacağı anons edilmişdir.

Anime Boston 2016 tədbirində Viz Media animenin ingiliscə dublajı üzərində işlədiklərini bildirmişdir. 1 iyul 2016-cı ildə Toonami-nin Anime Expo panelində animenin 16 iyul 2016-cı ildən Toonami-də yayımlanacağı açıqlanmışdır.

Qəbul

Manqanın 2013-cü ilin noyabrında çapda 2,2 milyon nüsxəsi, 2014-cü ilin aprelində 3,2 milyon nüsxəsi, 2014-cü ilin noyabrında 4,5 milyon nüsxəsi var idi. Manqa seriyası 2014-cü ildə 7-ci illik Manqa Tayşo mükafatının 10 nominantlarından biri olmuşdur. 2017-ci ilin iyuluna qədər manqanın 13 milyon nüsxəsi nəşr olunmuşdur. 4 aprel 2018-ci ilin məlumatına görə manqanın dövriyyədə 15 milyon nüsxəsi mövcuddur.

ABŞ-da buraxılmış birinci və ikinci cildlər "New York Times" qəzetinin ən yaxşı satan manqalar siyahısında 1-ci və 2-ci yerlərdə debüt etmiş və bu yerlərdə 2 həftə qalmışdır. Üçüncü həftədə birinci cild ikinci yerə düşmüş, ikinci cild isə ümumiyyətlə siyahıya düşməmişdir. Manqa 2015-ci ildə Aysner mükafatı üçün namizəd göstərilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, one-punch man sözünün mənası, one-punch man haqqında məlumat. one-punch man nədir? one-punch man nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Juniperus angosturana

  • Fevral 27, 2026

    Cahangir Əsgərov

  • Fevral 27, 2026

    Müzəffərəddin şah

  • Fevral 27, 2026

    Marketinq

  • Mart 07, 2026

    Adnalı (Cəlilabad)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst