Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Tovuz – 14 iyun 2004, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Fətulla Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Fətulla Hüseynov

Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Tovuz – 14 iyun 2004, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik.

Fətulla Hüseynov
Ləqəbi Qara Polkovnik
Doğum tarixi 21 dekabr 1937(1937-12-21)
Doğum yeri
  • Tovuz, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi 14 iyun 2004(2004-06-14) (66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi qətlə yetirilib
Fəaliyyəti Azərbaycan Daxili İşlər Nazirliyi polis polkunun komandiri

Fətulla Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbərlərindən biri olmuşdur.

Mündəricat

Həyatı

Erkən illəri

Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil–tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960–90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.

Birinci Qarabağ müharibəsində iştirakı

1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

Fətulla Hüseynov Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin tərəfdarlarından olub.

Siyasi fəaliyyəti

Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.[mənbə göstərilməlidir]

İctimai fəaliyyəti

1992-ci ildə Fətulla Hüseynov AFFA-nın nizam–intizam komitəsinin sədri oldu. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste–prezidenti vəzifəsində işləyib. UEFA-nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.

Ölümü

Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilib. H. Məmmədov məhkəmədə bu qətlin də "siyasi sifariş" olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.

Şəxsi həyatı

Ailəli idi, Tahir və Adil adlı oğlu var. 2012-ci il 9 avqustda onun oğlu Tahirə məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Ləqəbi

Azərbaycanda Fətulla Hüseynov "qara polkovnik" ləqəbi ilə tanınırdı.

Təltif və mükafatları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fətulla Hüseynov haqqında məlumat. Fətulla Hüseynov nədir? Fətulla Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Antarktida

  • Fevral 25, 2026

    Əsgər

  • Fevral 24, 2026

    Xurcun

  • Fevral 23, 2026

    Əfqanıstan

  • Fevral 24, 2026

    Nepal dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst