Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olein turşusu, yaxud tsis-9-oktadetsen turşusu — kimyəvi formulu СН3(СН2)7СН=СН(СН2)7СООН olan doymamış yağ turşusu. Omeqa-9 doymamış yağ turşular qrupuna aiddi

Olein turşusu

  • Ana Səhifə
  • Vikipediya
  • Olein turşusu

Olein turşusu, yaxud tsis-9-oktadetsen turşusu — kimyəvi formulu СН3(СН2)7СН=СН(СН2)7СООН olan doymamış yağ turşusu. Omeqa-9 doymamış yağ turşular qrupuna aiddir.

Olein turşusu
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı tsis 9-oktadetsen turşusu
Kimyəvi formulu C18H34O2
Fiziki xassələri
Molyar kütlə 282,46 q/mol
Sıxlıq 0,895 (18°C, г/см3) q/sm³
Dinamik özüllülük 25,6 mPa·s
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 16,3 °C
Qaynama nöqtəsi 360 °C; при 10 мм рт. ст.: 225—226 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 112-80-1
PubChem 445639
EINECS-də qeyd. nöm. 204-007-1
SMILES
 
  • CCCCCCCC\C=C/CCCCCCCC(O)=O
InChI
 
  • InChI=1S/C18H34O2/c1-2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15-16-17-18(19)20/h9-10H,2-8,11-17H2,1H3,(H,19,20)/b10-9-
    ZQPPMHVWECSIRJ-KTKRTIGZSA-N
RTECS RG2275000
ChEBI 16196
ChemSpider 393217
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.).

Alınması

Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ).

Kimyəvi xassələri

Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır. Kalium permanqanatla qələvi mühitində oksidləşəndə pelarqon СН3—(СН2)7—СООН və azelain НООС—(СН2)7—СООН turşusu alınır. Stearin turşusuna qədər hidritləşir. Olein turşusunun qələvi metal duzları suda çox yaxşı həll olunur və toxuculuq sənayesində istifadə olunurlar (olein sabunu). Olein turşusunun qurğuşun duzu, doymuş yağ turşularının qurğuşun duzlarından fərqli olaraq, efirlərdə həll olunur, bu fərqə əsaslanaraq təbii yağların sabunlaşması nəticəsində alınan turşuların qarışığından olein turşusununu ayırmaq olur.

Tətbiqi

Olein turşusu və onun efirləri boyalar və laklar istehsalı üçün istifadə olunur.Sabun hazırlanmasında geniş tətbiq olunur. Olein turşusu və duzları emulqator kimi geniş istifadə olunur, xüsusəndə yağlayıcı-soyuducu mayelərin tərkibində metal kəsmə əməliyyatları zamanı. Olein turşusu qida sənayesindədə dad verən vasitə kimi istifadə olunur.

Olein turşusu aşqar kimi

Dizel mühərriklərində istifadə olunan yanacaqların istismar keyfiyyətlərinin yaxşılaşdırılması dedikdə , mühərriklər üçün ən vacib və önəmli olan yanacaqların yeyilməyə qarşı yağlayıcılıq, korroziyadan mühafizəedici və setan ədədinin yaxşılaşdırılması nəzərdə tutulur. Nəzərdə tutulan məqsədə, olein turşusunun dietilaminoetil efirinin alınması və tətbiqi ilə nail olunur. Olein turşusunun dietilaminoetil efirinin alınma reaksiyasının sxemi aşağıda təqdim olunur:

  • CH3 – (CH2)7 –-CH = CH - (CH2)7 – COOH +HO CH2 – CH2 – N(C2H5)2→-H2O →CH3 – (CH2)7 - CH=CH - (CH2)7 – COOCH2 – CH2 – N(C2H5)2

Reaksiyadanı göründüyü kimi, birləşmənin alınma üsulu sadə, istifadə olunan reagentlər asan əldə olunardır. Sınaqlar aprmaq üçün, olein turşusunun dietilaminoetil efirindən 0,3 – 0,5 % ənənəvi dizel yanacağına əlavə edərək, müvafik yanacaq kompozisiyaları işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, işlənib hazırlanan kompozisiyalardan dizel mühərriklərində istifadə edildikdə mühərrikin yeyilməyə qarşı yağlayıcılıq xassəsi 36 – 38 % yaxşılaşır, avadanlığın korroziyadan mühafizəsi 98 – 99 % təmin olunur, setan ədədi 1,5 – 2 vahid artıt. Setan ədədinin 1 vahid artması, yanacağın 1 % qənaət olunması deməkdir.

Təhlükəsliyi

Olein turşusu insan dərisi üçün zərərsizdir, suda həll olunmur. Çıxarılması üçün spirt, aseton, xloroform, efirdən istifadə etmək olar. İstifadə etdikdə hava ilə oksidləşir və rənqi qaralır. Bunu nəzərə alaraq olein turşusu sıx bağlı bir qabda saxlanılmalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Olein turşusu haqqında məlumat. Olein turşusu nədir? Olein turşusu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meyci Konstitusiyası

  • Fevral 27, 2026

    Bernardo Bertoluççi

  • Fevral 26, 2026

    Alternativ iqtisadiyyat

  • Mart 01, 2026

    Mbabane

  • Fevral 27, 2026

    II Artaksias

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst