Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olbani (ing. Albany) — Amerika Birləşmiş Ştatlarının Şərqindəki Nyu York ştatının paytaxtı və "Olbani Kauntinin (County)" mərkəzi olan şəhərdir. Olbani, Hudson

Olbani (Nyu-York)

  • Ana Səhifə
  • Vikipediya
  • Olbani (Nyu-York)

Olbani (ing. Albany) — Amerika Birləşmiş Ştatlarının Şərqindəki Nyu York ştatının paytaxtı və "Olbani Kauntinin (County)" mərkəzi olan şəhərdir. Olbani, Hudson çayının qərbində, cənubdan Muhavk (Mohawk River) çayı ilə təxminən 16 km məsafədə uzanan və Nyu York ştatının 150 km şimalında yerləşir.

Yuxarıdan saat istiqamətində: "Rensselaer"dən Olbaninin havadan görünüşü; "Helderberg" məhəlləsində orta sinif ev; Saray Teatrı (Palace Theatre); Mədəniyyət Təhsil Mərkəzindən "Empire State Plaza"; "Columbia Street"də "North Pearl Street"; və Olbani Dövlət Universiteti — "SUNY Albany".
  • Olbani Bayrağı
    Olbani Bayrağı
  • Möhür
    Möhür

Olbani zəngin tarixi, ticarət, mədəniyyət, memarlıq və ali təhsil müəssisələri ilə tanınır. 2013-cü il siyahıyaalınmasına görə təxminən 1,1 milyon əhaliyə malik olan bu Əyalət Paytaxtı, dövlətin üçüncü ən böyük şəhər paytaxtıdır. 2010-cu il siyahıyaalınmasından sonra isə Olbaninin əhalisi 97,856 nəfər idi.

Daha sonralar Olbani adlanacaq bolgə, 1614-cü ildə, Fort Nassauda kürk ticarəti ilə qurulan və 1624-cü ildə Fort Oranjı (Yeni Hollandiya) yerləşmə zonasına çevirən holland kolonistlər tərəfindən salınmışdır. 1664-cü ildə, ingilislər hollandların yaşayış məskənlərini ələ keçirərkən onu ilk öncə gələcək Olbani başçıları, ingilis II Ceyms və şotland VII Ceymsin şərəfinə Olbani adlandırdılar. 1686-cı ildən Şəhər rəsmən ingilislər tərəfindən idarə olunurdu. 1797-ci ildə ABŞ-nin yaradılması ilə bərabər Olbani, Nyu York əyalətinin paytaxtı oldu. Olbani, On Üç Britaniya Koloniyasının ən qədim yaşayış məskənlərindən və Birləşmiş Ştatların ən uzunmüddətli şəhərlərindən hesab olunur.

XVIII əsrin sonlarında və 19-cu əsrdə Olbani ticarət və nəqliyyat mərkəzi idi. Hudson çayının şimalında gəmilərin hərəkət etdiyi yerə qədər uzanan şəhər, Böyük Gölləri "Erie" Kanalı ilə birləşdirən şərqi terminal və dünyanın ən qədim dəmiryolu sisteminin olduğu yer olaraq da bilinir. 1920-ci illərdə Olbanidə, Demokratik Partiyanın hökmranlıq etdiyi güclü bir siyasi sistem meydana gəldi. 20-ci əsrin ikinci yarısında, suburbanizasiya səbəbindən Olbani şəhər əhalisinin sayında azalma baş verdi; buna baxmayaraq, Nyu York Əyalət Qanunvericiliyi 1990-cı illərdə şəhər ətrafında abadlıq və tikinti layihələrinin gerçəkləşdirilməsi üçün 234 milyon dollarlıq planı təsdiqlədi. 21-ci əsrin əvvəllərində, Olbaninin nanotexnologiya sektorunda böyük uğurları olan yüksək texnologiyalı sənayedə artım yaşandı.

Qardaş şəhərlər

Olbani, rəsmi olaraq 5 şəhərlə qardaşlaşmış və iki əkiz şəhərlə əlaqələrini genişləndirmişdir. İkinci Dünya müharibəsindən sonra Olbani ilə Hollandiyanın Neymeqen şəhəri arasında əlaqələr qurulmuşdur. Olbanidəki Katolik Universitetinin köməyi ilə, Neymeqen Katolik Universiteti (Radboud University Nijmegen), qismən məhv edilmiş kitabxanasını yenidən qurdu və 50,000-dən çox kitab Hollandiya universitetinə hədiyyə edildi. 1948-ci ildə Neymeqen şəhəri, müharibədən sonrakı dövrdə göstərilən yardıma görə öz minnətdarlığını bildirmək üçün Olbaniyə 50.000 ədəd lalə gülü göndərmişdir. Bu hadisə hər il Lalə Festivalının keçirilməsi ilə qeyd olunur. Digər əlaqələrin əksər hissəsi, 1980-ci illərdə Bələdiyyə Başçısı olmuş Valenin (Thomas Michael Whalen) mədəni əlaqələrin genişləndirilməsi proqramı çərçivəsində qurulmuşdur. Qardaş şəhərlər bunlardır:

  • Nassau, Baham Adaları;
  • Neymeqen, Niderland;
  • Kvebek, Kanada;
  • Tula, Rusiya;
  • Verona, İtaliya.

Əkiz-şəhər əlaqələrinin qurulduğu şəhərlər isə bunlardır;

  • Gent, Belçika
  • Extremadura (region), İspaniya.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Olbani (Nyu-York) haqqında məlumat. Olbani (Nyu-York) nədir? Olbani (Nyu-York) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tənzilə Rüstəmxanlı

  • Fevral 27, 2026

    Rhinolophus

  • Fevral 27, 2026

    Aleksandr Levitov

  • Fevral 27, 2026

    Torsteyn Veblen

  • Fevral 27, 2026

    Əlburz ostanı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst