Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələd

Verona

  • Ana Səhifə
  • Vikipediya
  • Verona

Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib.

Verona
Verona
Veròna
Bayraq Gerb
Bayraq Gerb
45°26′19″ şm. e. 10°59′34″ ş. u.HGYO
Ölkə
  •  İtaliya
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. e.ə. 550
Sahəsi
  • 198,92 ± 0,01 km² (2011)
Mərkəzin hündürlüyü 59 ± 0 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 255.588 nəf. (2023)
Rəsmi dili
  • italyan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 045
Poçt indeksi 37100, 37121–37142
Nəqliyyat kodu VR
Digər
comune.verona.it
Xəritəni göstər/gizlə
Verona xəritədə
Verona
Verona
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır.

Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib. Verona həm də ilk böyük qadın humanist və İntibah dövrünün ən mühüm humanistlərindən biri olduğu deyilən İzotta Noqarolanın doğulduğu yerdir. 2000-ci ilin noyabrında şəhər strukturuna və memarlığına görə YUNESKO tərəfindən Ümumdünya irsi obyekti elan edilmişdir.

Şəhərdə 2026 Qış Olimpiya Oyunlarının bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.

Mündəricat

Coğrafiya

İqlimi

Verona Şimali İtaliyanın daxili düzənlikləri üçün xarakterik olan rütubətli subtropik iqlimə malikdir, isti yayı, sərin və rütubətli qışı var, baxmayaraq ki, Qarda gölünün şəhərə qismən təsiri var. Nisbi rütubət il boyu yüksəkdir, bu da qışda əsasən axşamdan səhərə qədər dumana səbəb olur, buna baxmayaraq son illərdə bu fenomen getdikcə daha az baş verir.

Veronanın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 14 20 21 27 31 34 36 35 33 26 18 14 36
Maksimum orta, °C 5,2 8,5 13,0 17,3 22,3 26,2 28,9 28,1 24,4 18,4 11,1 6,0 17,5
Orta temperatur, °C 2 3 8 13 17 21 23 23 19 13 7 3 13
Minimum orta, °C −2 0,1 3,4 7,0 11,4 15,2 17,7 17,2 13,7 8,4 3,4 −1,2 7,9
Mütləq minimum, °C −10 −7 −2 0 2 8 11 11 7 −2 −7 −7 −10
Yağıntı norması, mm 54,5 47,8 57,8 68,8 85,4 86,2 61,5 87,5 62,6 81,5 75,3 50,6 819,5
Mənbə: meteoAM Weatherbase

İdman

1990 FİFA Dünya Kubokunda keçirilən oyunlardan bəzilərinə ev sahibliyi etmiş Markantonio Benteqodi stadionu Veronanın əsas klubu Hellas Veronaya da ev sahibliyi edir.

Şəhərdə iki peşəkar futbol komandası var. Tarixən şəhərin əsas komandası Hellas Verona FK olub. 1984-85-ci mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandı və növbəti il ​​Çempion Klublar Kubokunda iştirak etdi. Kyevo Verona FK Veronanın məhəllələrindən biri olan Kyevonu təmsil edirdi və 1929-cu ildə yaradılmışdı. Lakin, ödənilməmiş vergi səbəbindən bu klub 2021-ci ildə mövcudluğunu dayandırdı. 2022-23 mövsümü etibarı ilə Hellas İtaliya A Seriyasında, şəhərin digər klubu olan Virtus isə İtaliya C Seriyasında oynayır. Hellas və Kyevo komandaları Derbi della Scala kimi adlandırılan derbidə güclərini sınayırdı və 1990 FİFA Dünya Kubokunda məkan kimi istifadə edilən 38,402 yerlik Markantonio Benteqodi stadionunu (indi Kyevo ləğv olunduğuna görə yalnız Hellas ev sahibliyindədir) ortaq istifadə edirdi.

Veronada Marmi Lanza Verona voleybol komandası (indi A1 Seriyasında), reqbi komandası Franklin and Marshall Cus Verona Rugby (indi A1 Seriyasında) və Scaligera Basket basketbol komandası (Legadue) yerləşir.

Şəhər iki dəfə 1999-cu ildə (Trevizo ilə birgə ev sahibi kimi) və 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatına ev sahibliyi etmişdir . Şəhər həmçinin müntəzəm olaraq Giro d'Italia illik velosiped yarışının mərhələlərinə ev sahibliyi edir. Verona 2009-cu ildə beysbol üzrə dünya kubokuna və 2010-cu ilin sentyabr-oktyabr aylarında Voleybol üzrə Dünya Kubokuna, 2014-cü ilin sentyabr-oktyabr aylarında Voleybol üzrə Qadın Dünya Çempionatına ev sahibliyi etmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Verona haqqında məlumat. Verona nədir? Verona nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhli-Rəy

  • Fevral 27, 2026

    II Şahanduxt

  • Fevral 27, 2026

    Arçil Gelovani

  • Fevral 27, 2026

    Sidik axarları

  • Fevral 27, 2026

    Quba-Xaçmaz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst