Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadi

Nəcəf Nərimanov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcəf Nərimanov

Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu.

Nəcəf Nərimanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1919(1919-12-02)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 10 sentyabr 1943(1943-09-10) (23 yaşında)
Vəfat yeri
  • Volnovaxa[d], Donetsk vilayəti, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Volnovaxa[d]
Vətəndaşlığı
  •  Azərbaycan SSR
  •  SSRİ
  •  AXC
Milliyyəti Azərbaycanlı
Atası Nəriman Nərimanov
Anası Gülsüm Nərimanova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü tank qoşunları[d]
Rütbəsi
  • baş leytenant
Döyüşlər
  • Stalinqrad döyüşü
Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922–1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur.

19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi.

1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı. Bu dili Nəcəfə dayəsi Aqnessa Vitsovna öyrətmişdi. Gənc Nəcəf gələcək həyatını təhsilə yiyələnməkdə görür, ona görə elmə xüsusi həvəs göstərirdi. Musiqiçi, təyyarəçi, gah da atası kimi natiq olacağını söyləyən Nəcəf qismət elə gətirir ki, hərbçi olur. 1938-ci ildə doqquzillik məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Nərimanov sonradan Puşkin adına Tankçılıq məktəbi adını alan Leninqrad Hərbi Texniki-tank məktəbinə daxil olur. Bir il sonra onu Kiyevə eyniadlı məktəbə köçürdülər. 1939-cu il, 1 sentyabrda Nəcəf Nərimanova Moskva şəhəri qeydiyyat məntəqəsi rəisi tərəfindən Nəcəf Nərimanova qeydiyyat şəhadətnaməsi göndərilir. Moskva şəhərindən hərbi xidmətə çağrılan Nəcəf Nərimanov taqım komandiri kimi xidmət edir. Nəcəf Nərimanov 1940-cı ildə Kiyev hərbi məktəbini bitirdikdən sonra Hərbi Akademiyada oxumağı arzulayırdı. Bunun üçün o, Qızıl Ordunun Stalin adına Hərbi Akademiyaya qəbul imtahanına buraxılması üçün ərizə ilə müraciət edir. Lakin 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi onun arzusunun həyata keçməsinə mane olur.

1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə qəflətən hücumu gənc Nəcəfi də silaha sarılmağa məcbur edir. O, Stalinqrad və Cənub cəbhələrində döyüşmüş, 2-ci qvardiya mexanikiləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmir bölüyünun taqım komandiri olmuşdur.

Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə təltif olunması xəbərini artıq vermişdi. "Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. "İgidliyə görə" medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin—mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…"

Jurnalist Rəşad Sahilin M. Füzuli adına Əlyazmalar İnstitunun fondunda apardığı araşdırmadan əldə etdiyi Nəcəf Nərimanovun döyüş yoldaşı Sazonov Nikolay Mixayloviçin yazdığı məktubdan Nəcəfin ölümünün heç də düşmən əli ilə olmadığı şübhələri olduğunu irəli sürür və belə bir başlıqla məqalə dərc etdirir. Lakin jurnalistin özünün üzərində şərh etdiyi məktubda yazılanlardan da görürük ki, onun belə bir fərziyyə irəli sürməsi həqiqətə uyğun gəlmir. Nəcəf Nərimanovun düşmən əli ilə deyil, məhz ailəsinin təqiblərə məruz qaldığı səbəbindənöldürüldüyünü irəli sürməyə çalışan R. Sahilin bu konsepsiyasının həqiqətə uyğun olmadığını elə N. M. Sazonovun irəli sürülən xatirələrindən görmək olur. Belə ki, orada N. Nərimanovun alman təyyarələrinin bombardmanı zamanı həlak olması və ölümünün yoldaşlarına ağır təsir etməsi açıq aydın görünür.

İkinci Dünya müharibəsi veteranı, Ukrayna uğrunda gedən döyüşlərin iştirakçısı Rzayev Əmrah Qurban oğlunun müharibənin 70 illik yubileyi ilə əlaqədar müsahibəsindən onun müharibədə şahidi olduğu hadisələrlə birgə Nəcəf Nərimanov haqqında da məlumatlar alırıq və bu məlumatlardan Nəcəf Nərimanovun döyüşdə qəhrəmanlıqla həlak olduğunun təsdiqini tapmış oluruq: "…Nəhayət, bizi vaqona doldurub apardılar Ukraynanın Zaporojya şəhərinə. Biz 77-ci Azərbaycan diviziyasında idik. Biz ora çatanda eşitdik ki, Nəriman Nərimanovun oğlu da Volnovaxa şəhərində döyüşlərdə iştirak edir. Nərimanovun həyat yoldaşı Stalinə müraciət edib deyib ki, mənim Nərimanovdan bir yadigarım var, mənim oğlumu geri qaytarın. Stalin hərbi hissəyə zəng elətdirib deyir ki, Nəcəf Nəriman oğlunu ordudan tərxis edin. Lakin Nəcəf isə həmin anda döyüşə getdiyi üçün deyib ki, mən bu döyüşü başa vurum. Amma həmin döyüşdə onu vururlar. Biz bu hadisələrin canlı şahidləri olmuşuq.

Məktublarında anasına onun üçün darıxdığını bildirsə də müharibədə inadla xidmət edərək qələbəyə inamını yazırdı: "tezliklə biz faşist qaniçənlərini qıracağıq və sülh və xoşbəxtlik içində yaşayacağıq. Bilirsən, mən Moskvada Xarici Dillər İnstitutunun hərbi fakültəsinə daxil olmaq istəyirəm. Baxaq görək sonra işlər necə olacaq. Ən önəmlisi indi almanları məhv etməkdir, yalnız o vaxt bu görünəcək…Oğlun Nəcəf. 24.11.1942. Poçtalyon Nəcəf Nərimanovun ölümü ilə bağlı teleqramı gətirdikdə anası oğluna cavab məktubu yazırdı. Yarımçıq qalmış məktuba geri döndükdə isə o yalnız nöqtələr qoydu".

Oğlunun ölümündən sonra Gülsüm xanım ancaq hamiliklə məşğul olur, uşaq evləri, əlil evləri və qocalara yardım etməyə başlayır. İkinci Dünya müharibəsi başlayanda Qızıl Aypara Cəmiyyətinin fəal üzvü kimi əsgərlərə öz ana nəvazişini göstərirdi. O bir növ bütün əsgərləri oğlu Nəcəfin timsalında görürdü. Müharibədə yaralanıb hospitalda yatanların qayğısına qalırdı. Gülsüm Nərimanova "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunur.

Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919–08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.

Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Taqım komandiri kimi qulluq etmiş, 1943-cü ildə həlak olmuşdur.

Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir.

1970-ci ildə Nəriman Nərimanovun ailəsi tərəfindən Muzeyə təqdim olunmuş bu materiallar İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş Nəcəf Nərimanovun həyat və fəaliyyətini əks etdirməklə yanaşı bu müharibədə Azərbaycanın yeri və rolunun öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda Nəcəf Nərimanovun 64 adda şəxsi materialı─tərcümeyi-hal, şəxsi sənədlər, ərizə, 53 ədəd cəbhə məktubları və s. qorunub saxlanılır.

Bakı şəhərində adına küçə var.

24 may 2018-ci ildə Arzu Rzayev adlı gənc Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində Nəcəf Nərimanovun məzarını ziyarət etmişdir. Arzu Rzayev əməkdar jurnalist Ləman Ələşrəfqızıya verdiyi müsahibədə məzarı tapması barədə səfər təəssüratlarını bölüşmüşdür. Ədəbiyyatşünas alim və dövlət xadimi Vəli Məmmədovdan təxminən 60 il sonra Nəcəfin Volnovaxada kı məzarı, 2-ci Dünya müharibəsi qəhrəmanlarına ucaldılmış abidə kompleksi və Volnovaxada Nəcəfin adını daşıyan küçənin son şəkilləri göstərilmişdir. . . .

  • Volnovaxada Nəcəf Nərimanovun məzarı
    Volnovaxada Nəcəf Nərimanovun məzarı
  • Volnovaxa şəhər mərkəzində müharibə qəhrəmanlarına ucaldılmış abidə kompleksi və məzarlar
    Volnovaxa şəhər mərkəzində müharibə qəhrəmanlarına ucaldılmış abidə kompleksi və məzarlar
  • Nəcəf Nərimanovun məzarı
    Nəcəf Nərimanovun məzarı
  • Volnovaxada Nəcəf Nərimanov küçəsi
    Volnovaxada Nəcəf Nərimanov küçəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəcəf nərimanov sözünün mənası, nəcəf nərimanov haqqında məlumat. nəcəf nərimanov nədir? nəcəf nərimanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Murmansk vilayəti

  • Fevral 27, 2026

    Kosovo vilayəti

  • Mart 06, 2026

    Malmö FK

  • Fevral 25, 2026

    Çay daşı

  • Fevral 23, 2026

    Sloveniya bayrağı

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst