Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (

Ləman Ələşrəfqızı

  • Ana Səhifə
  • Vikipediya
  • Ləman Ələşrəfqızı

Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).

Ləman Aləşrəf qızı
Doğum tarixi 15 dekabr 1971(1971-12-15) (54 yaş)
Doğum yeri
  • Vartaşen, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Fəaliyyəti müxbir, köşə yazar, Tv rəhbəri
Fəaliyyət illəri 1996 – h. h.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20152015

Mündəricat

Həyatı

Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.

Ailəsi

Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər.

Fəaliyyəti

Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).

2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.

2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.

2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.

2020-ci il 9 fevral növbədənkənar Parlament seçkilərinə qatılmış, deputat seçilə bilməmiş və nəticələrə etiraz etmişdir. İşlədiyi REAL TV-də fikir ayrılığı yaranmışdır. REAL TV-dən həmkarı Afət Telmanqızı ilə bərabər ayrılmışdır.

Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis etmiş və ilk yayımı 28 may 2020-ci ildə gerçəkləşdirmişdir.

2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Mükafatları

  • Həsən bəy Zərdabi mükafatı
  • "Qızıl qələm mükafatı"
  • "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 15 iyul 2015

Filmoqrafiya

  1. Artilleriya allahı (film, 2015)
  2. "Sonuncu Qəhrəman" — 09.05.2015
  3. "Sərdar"
  4. "Əkinçi"—22.07.2015
  5. "Musiqinin Məcnunu"—17.09.2015
  6. "Sevgili Bayrağım"—09.11.2015
  7. "Yurd ilanı" — 01.07.2016
  8. Ağ adam (film, 2016)
  9. Ağıllılar və dəlillər (film, 2016)
  10. "Son beşik" — 05.02.2016
  11. "Diş ağrısı" — 20.03.2018
  12. "Topa tutulan baş" — 26.05.2018
  13. "Şapkalı Urus" — 22.07.2018
  14. "Bakı qoçuları" — 15.09.2018
  15. "Bir qalanın sirri" — 01.10.2018
  16. "Quzğun dəniz" — 08.10.2018
  17. "Dayaq" — 18.10.2018
  18. "Müşfiqə atılan güllə" — 29.10.2018
  19. "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
  20. "Azad heykəl qadın" — 27.12.2018
  21. "Güllələnən gül" — 20.01.2019
  22. "Allahın Lütfü" — 04.02.2019
  23. "613" — 26.02.2019
  24. "Nəhəng və firəng" — 28.05.2019
  25. "Əbədiyyət Nəsimi" — 09.07.2019

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ləman ələşrəfqızı sözünün mənası, ləman ələşrəfqızı haqqında məlumat. ləman ələşrəfqızı nədir? ləman ələşrəfqızı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1958-ci il

  • Fevral 27, 2026

    Mercedes-Benz C-Class

  • Mart 06, 2026

    Podarcis muralis

  • Mart 06, 2026

    Pinoçet

  • Mart 01, 2026

    Peter Şmeyxel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst