Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nüsrətullah Cahanşahlı (aprel 1913, Tehran – 3 oktyabr 2012, Berlin) — həkim, İran kommunist partiyasının üzvü, Cənubi Azərbaycan Milli Hökumətin baş nazirinin

Nüsrətullah Cahanşahlı

  • Ana Səhifə
  • Vikipediya
  • Nüsrətullah Cahanşahlı

Nüsrətullah Cahanşahlı (aprel 1913, Tehran – 3 oktyabr 2012, Berlin) — həkim, İran kommunist partiyasının üzvü, Cənubi Azərbaycan Milli Hökumətin baş nazirinin müavini və Təbriz Universitetinin rektoru.

Nüsrətullah Cahanşahlı
Doğum tarixi aprel 1913(1913-04)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 3 oktyabr 2012(2012-10-03) (99 yaşında)
Vəfat yeri
  • Berlin, Almaniya Federativ Respublikası
Fəaliyyəti siyasətçi
Partiyası
  • İran Tudə Partiyası
Mükafatları "Səttarxan" ordeni "21 Azər" medalı — 19461946

Mündəricat

Həyatı

Nüsrətulla Cahanşahlı məktəbi bitirdikdən sonra Tehran Universitetinin Tibb fakültəsinə daxil olub. 1937-ci ildə yoldaşları ilə birlikdə siyasi fikirlərinə görə həbs olunub. Sonradan bu qrup 53-lər adı ilə tanınıb. 1941-ci ildə azadlığa çıxdıqdan sonra təhsilini bitirib. Təhsilini bitirdikdən sonra Zəncana gəlib və Tudə Partiyasının Vilayət Komitəsinə rəhbərlik edib. Azərbaycan Demokrat Partiyası yarandıqdan sonra isə partiyanın Zəncan Vilayət Komitəsinə rəhbərlik edib.

Təbrizdə açılmış Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunub. Tədrisin Azərbaycan türkcəsində aparıldığı universitetə ilk ildə 190 nəfər qəbul olunub.

1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif edilib.

Cahanşahlu ailəsinə mensub olan Nüsrətullah, Zülfiqari ailəsinə qarşıydı və bu nədənlə zülfiqarilərlə müxalif olanlar onun çevrəsinə toplanmağa başladılar.

İyirminci yüzillikdə "İran üçün çalışan Azərbaycan oğulları" sırasında isə bir çox avşar oğullarının xidmətləri qeyd olunur və bəyan edilir ki: "Belə bir xalq öz əziz ölkəsi İranın müharibə və məhv olmaq təhlükəsi qarşısında olduğunu görüb sakit otura, bundan artıq geridəqalmış və terrorçu ittihamlarına dözə bilməz. Ona görə biz azərbaycanlılar ayağa qalxırıq ki, fitnəkar rejim tərəfindən süqutun astanasına gətirilmiş vətənimizin istiqlalını, ərazi bütövlüyünü və birliyini qoruyaq, Böyük Kuruş tərəfindən əsası qoyulmuş insan haqlarının beşiyi adını terrorçu və şər oxu ləkəsindən təmizləyək". Bu sözlərin ardınca təşkilatın əsas məqsədləri açıqlanır: digər İran xalqları ilə birlikdə islam rejiminin dəyişdirilməsi, dinin dövlətdən ayrılması prinsipinə, BMT Nizamnaməsinə və İnsan Haqları Bəyannaməsinə söykənən, millətin azad iradəsinə əsaslanan hakimiyyətin formalaşdırılması. Bəyanat müəllifləri daha sonra bütün İran əhalisinə, xüsusən azərbaycanlılara, eləcə də əqidə və təmayülündən asılı olmayaraq bütün partiyalara, qruplara, ayrı-ayrı fərdlərə əmkdaşlıq təklifində bulunur və yazırlar: "Əziz və əsir ölkəmiz İranın sizin yardımınıza ehtiyacı var və hər hansı səbəbdən indi bunu etmək istəməsəniz, sonra ola bilər ki, edə bilməyəsiniz". Bəyanatı otuza yaxın şəxs imzalayb ki, onlar arasında d-r Sirus Amuzqar, d-r Əmiraslan Əfşar, d-r Nüsrətulla Cahanşahlu, prof. Keykavus Əfşar, d-r İsmayıl Xoyi və s. kimi adlar vardır. Bu şəxslər "Azərbaycan hərəkatı" Müvəqqəti Şurasının üzvləri sayılırlar.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycana mühacirət edib. Əvvəlcə Culfada daha sonra isə Mərdəkanda yerləşdirilib. Moskvada Ali Partiya Məktəbində təhsil alıb.

1970-ci illərdə Berlinə köçüb. Burda yaşadığı dövrdə "Biz və yadlar" adlı xatirə kitabını yazıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nüsrətullah cahanşahlı sözünün mənası, nüsrətullah cahanşahlı haqqında məlumat. nüsrətullah cahanşahlı nədir? nüsrətullah cahanşahlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fateh rayonu

  • Mart 06, 2026

    Şimali Lyan

  • Mart 01, 2026

    İlham Qasımov

  • Fevral 27, 2026

    Sezar şifrəsi

  • Fevral 27, 2026

    Dırnıs

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst