Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanı

Nəsil artırma

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsil artırma

Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır.

Qeyri-cinsi nəsil artırma

Birhüceyrəlinin bölünməsi.

Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir.
Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır.
Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir.

Açılan çiçəyin əsas hissələri

Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır:

  • 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
  • 2. Tac – yəni gülün ləçəkləri.
  • 3. Gülün mərkəzi (toz kisəsi və ya qoxu kiusəsi). Gülün içərisində zərif bayraqlar şəklində erkəkcik telləri müşahidə olunurlar. Erkəkcik tellərinin üzərində sarı və kiçik çıxıntılar vardır ki, ona erkəkcik deyilir. Erkəkciyin içərisində çox kiçik bir kisə vardır ki, tozcuq dənəcikləri(mikrosporlar) bu kisənin içərisindədir. Tozluq kisəsindəki tozcuq dənəciklərini sporlar (rüşeym) adlandırırlar və sporlar dişi hissəyə daxil olması nəticəsində gül toxumu əmələ gəlir.
  • 4. Toxumluq və ya dişicik: Gülün bu hissəsi gülün tam mərkəzində yerləşir. Toxumluğun yuxarı hissəsində xüsusi bir çıxıntı vardır ki, dişicik ağzı adlanır. Dişicik ağzının səthi yapışqanlı maye (nektar) ilə doludur. Bu yapışqanlı mayenin funksiyası erkək dənəcikləri cəzb etmək, qorumaq və onların inkişaf edib böyüməsinə kömək etməkdir.

Bitkilərin mayalanma prosesi belə baş verir: Küləyin əsməsi nəticəsində tozluq kisələrini öz üzərində saxlayan nazik erkəkcik telləri hərəkət etməyə başlayır. Açılmış tozluq kisələri tozcuq dənəciklərini (sporları) aşağısı geniş olan dişiciyin üzərinə səpir. Tozcuq dənəcikləri dişicik ağzından keçdikdən sonra gülün toxumluğunda dişi yumurtacıqlara qarışıb gül toxumunu əmələ gətirir.

Cinsi nəsil artırma

Ziqotun əmələ gəlməsi
Cinsi nəsil artırma

Cinsi nəsil artırma - cinsi prosesi (hüceyrələrin birləşməsi), həmçinin, iki biri-birini tamamlayan cinsi kateqoriyaların (dişi və erkək hüceyrələrin) mövcudluğu faktı ilə bağlıdır. Cinsi nəsil artırma zamanı qametlər (cinsi hüceyrələr) əmələ gəlir. Genetikada mayalanmağa qabil cinsi hüceyrələrə qamet, dişi və erkək hüceyrələrindən (qametlərdən) mayalanmış yumurtaya ziqota deyilir. Ziqotadan, müəyyən vaxtdan sonra, hər iki valideynin genetik informasiyasını özündə daşıyan orqanizm əmələ gəlir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsil artırma haqqında məlumat. Nəsil artırma nədir? Nəsil artırma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    7 aprel

  • Fevral 23, 2026

    Göy balina

  • Fevral 24, 2026

    YUNESKO

  • Fevral 17, 2026

    Xorvatiya

  • Fevral 24, 2026

    İstehsalat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst