Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Resp

Nurəddin Mehdixanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Nurəddin Mehdixanlı

Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası. "Şöhrət" ordeni laureatı (2019)

Nurəddin Mehdixanlı
Doğum tarixi 6 oktyabr 1956(1956-10-06) (69 yaş)
Doğum yeri
  • Tahirli, Astraxanbazar rayonu, Azərbaycan SSR, SSRİ
Uşağı 3
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1978-ci ildən
Təhsili
  • Azərbaycan Dövlət İncəsənət İnstitutu (1974–1978)
Teatr
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1978)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20022002 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998
"Şöhrət" ordeni — 20192019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024

Mündəricat

Həyatı

Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.

Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:

  • Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar)
  • Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)
  • Ross ("Maqbet", Vilyam Şekspir)
  • Yazon ("Medeya", Jan Anuy)
  • Pavel, böyük ("Gecənin sirri", Anatoli Safronov)
  • Kərim bəy ("Közərən ocaqlar", Mirzə İbrahimov)
  • Muxtar ("Təhminə və Zaur", Anar),
  • Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev)
  • Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev)
  • Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev)
  • Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev)
  • Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev)
  • Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun)
  • Aydın ("Aydın", Cəfər Cabbarlı)
  • Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı)
  • Ərtoğrul ("Afət", Hüseyn Cavid)
  • Elxan ("İblis", Hüseyn Cavid)
  • Şair ("Fəryad" Bəxtiyar Vahabzadə)
  • Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə)
  • Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə)
  • Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz)
  • İppolit ("Fedra", Jan Rasin)
  • Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov)
  • Bəbir bəy ("Dirilən adam", Mir Cəlal)
  • Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı)
  • Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət)
  • Vətən ("Xəcalət", Hüseynbala Mirələmov)
  • Tağıyev ("Mesenat", Əli Əmirli)
  • Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov)
  • Semuel ("Kreppin son lent yazısı", Semuel Bekket)
  • Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid)
  • Kişi ("21:15 qatarı", Toyqun Orbay)
  • Şeyx Nəsrullah ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı)
  • Qonaq ("Cəhənnəm sakinləri", Elçin)
  • İmamyar ("Yaşar", Cəfər Cabbarlı)
  • Fyodor Alekseyeviç ("Şükriyyə", Cavid Zeynallı)
  • Yedigey ("Əsrə bərabər gün", Çingiz Aytmatov)

Aktyor Azərbaycan Dövlət Televiziyasında:

  • Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul),
  • C. Cabbarlının "Solğun çiçəklər" (Bəhram),
  • N. Həsənzadənin "Kimin sualı var?" (İlham),
  • B. Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim)

teletamaşalarında iştirak edib.

"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 1995-ci ildən 14 fevral 2021-ci ilədək Vətəndaş Həmrəyliyi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini olmuşdur.

Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüşdür.

  • Xalq artisti Qabil Mehdixanlının kiçik qardaşıdır.

Filmoqrafiya

  1. Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-arıçı
  2. Araqarışdıran (film, 1987)
  3. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  4. Bəyaz həyat (film, 2003) — rol: Vüqar
  5. Bizim qəribə taleyimiz (film, 2005)
  6. Cavad xan (film, 2009) — Cavad xan
  7. Cavad xan. Filmin filmi (film, 2007)
  8. Cavid ömrü (film, 2007) — Əhməd Cavad
  9. Doğan Günəş (film, 2002)
  10. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  11. Ərazi (film, 2005)
  12. Güllələnmiş heykəllər (film, 2002) — rol: Vaqif
  13. Gürzə (2008)
  14. Həkimlər
  15. İlahi məxluq (film, 2011)
  16. İşarəni dənizdən gözləyin (film, 1986) — Kazım bəy
  17. Kimin Sualı var? (İlham)
  18. Qafqaz (film, 2007)
  19. Məhkumlar (film, 2006) — Ənvər
  20. Pəncərədə işıq (film, 1987)
  21. Səni axtarırıq... (film, 2013)
  22. Solğun çiçəklər (film, 1987)-Bəhram
  23. Son arzu (film, 2003)
  24. Təlatüm (film, 2006) — Hakim
  25. Vicdanla Üz-Üzə (Hakim)
  26. Əli və Nino (film, 2015) — film səsləndirən: Fətəli Xan Xoyski (Xalid Ərgənc)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nurəddin mehdixanlı sözünün mənası, nurəddin mehdixanlı haqqında məlumat. nurəddin mehdixanlı nədir? nurəddin mehdixanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İran-İraq müharibəsi

  • Mart 01, 2026

    Hans-Yurgen Ştumpf

  • Fevral 27, 2026

    Der Spiegel

  • Fevral 27, 2026

    Suriya prezidenti

  • Fevral 27, 2026

    Məsuliyyət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst