Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ensiklopediyada məqalələr müvafiq mövzuda təcrübəyə malik könüllü töhfəçilər tərəfindən yaradılırdı. Məzmun dərc edilməzdən əvvəl ekspert redaktorlar tərəfindən

Nupediya

  • Ana Səhifə
  • Vikipediya
  • Nupediya

Nupediya (ing. Nupedia) — ingilis dilində fəaliyyət göstərmiş ensiklopediya layihəsidir.

Nupediya
Loqonun şəkli
URL nupedia.com
Tipi onlayn ensiklopediya
Dilləri ingilis dili
Müəllif (lər) Larri Senger, Cimmi Uels
Açılma tarixi 9 mart 2000
Bağlanma tarixi 26 sentyabr 2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ensiklopediyada məqalələr müvafiq mövzuda təcrübəyə malik könüllü töhfəçilər tərəfindən yaradılırdı. Məzmun dərc edilməzdən əvvəl ekspert redaktorlar tərəfindən nəzərdən keçirilirdi və İnternetdə azad məzmun kimi yayılırdı. Layihənin baş redaktoru və təşkilatçısı Larri Senger və Bomis şirkətinin icraçı direktoru Cimmi Vels tərəfindən yaradılmış Nupediya 1999-cu ilin oktyabrından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir. Nupedia məqalələrin məzmununa nəzarət etmək üçün yeddi addımlı təsdiqləmə prosesinə sahib idi. İlk ilində onda cəmi 21 məqalə var idi.

Nupediya ensiklopediyasını viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Lakin Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi. Nupediya ensiklopediyası bağlanarkən orada 24 təsdiq edilmiş və yoxlama prosesində olan 150 məqalə var idi.

Vikipediya açıq ensiklopediyası Nupediya ensiklopediyası əsasında yaradılmışdır. Lakin Nupediyadan fərqli olaraq, burada yeni məqalələr könüllü internet istifadəçiləri tərəfindən yaradılır. Belə ki, hər bir könüllü internet istifadəçisi Vikipediya layihəsinə qoşularaq burada yeni məqalə yarada və digər istifadəçilərin yaratdığı məqalələri redaktə edə bilər.

Cimmi Vels Vikipediyada məqalələrin daha asan yerləşdirilməsinə üstünlük verirdi, Sanqer isə Nupedia tərəfindən istifadə edilən ekspert nəzarəti olan yanaşmaya üstünlük verirdi və daha sonra 2006-cı ildə Vikipediyaya alternativ olaraq Citizendiumu təsis etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nupediya sözünün mənası, nupediya haqqında məlumat. nupediya nədir? nupediya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aratika

  • Mart 01, 2026

    Joze Mourinyo

  • Mart 01, 2026

    Dərvişməhəmməd xan

  • Fevral 27, 2026

    Tanrıçılıq

  • Fevral 26, 2026

    Levant

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst