Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama[…]) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yar

Cimmi Vels

  • Ana Səhifə
  • Vikipediya
  • Cimmi Vels

Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama[…]) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur.

Cimmi Vels
ing. Jimmy Donal Wales
Doğum tarixi 7 avqust 1966(1966-08-07)[…] (59 yaş)
Doğum yeri
  • Hantsvill, Alabama, ABŞ[…]
Təhsili
  • Obern Universiteti[d] (1983–1986),
  • Alabama Universiteti (1986),
  • Bluminqton İndiana Universiteti,
  • Rendolf Məktəbi[d] (1979–1983)
Fəaliyyəti iş adamı, sahibkar, vikimediaçı[d], informatik, tədqiqatçı, orator, tacir
Üzvlüyü
  • Vikimedia Fondu
İmza
jimmywales.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Jimmy Wales 2014 on CeBIT Global Conferences, Wikipedia Zero

Mündəricat

Həyatı

1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı. "Vikipediya", həmçinin wiki (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia" ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı. Hazırda, "Vikipediya" dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipediya" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur. 2003-cü ilin 20 iyun tarixində Uels "Vikipediya" və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – "Vikimedia" Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. 2009-cu ildə Cimmi Uels saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirmişdir. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə vermişdir. "Vikipediya"nın uğurlarından ilham alan Uels 2004-cü ildə Ancela Bizli ilə birlikdə "Vikicities"in layihəsini idarə etməsi ilə məşğul olan "Wikia" kommersiya şirkətinin əsasını qoymuşdur. 2005-ci ilin 3 oktyabrında Uels viki-texnologiyaların təchizatçısı olan "Socialtext" şirkətinin Direktorlar Şurasına qoşulmuşdur. Hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə Floridada və Sankt-Peterburqda yaşayır.

Ailəsi

2012-ci ilin oktyabrında Keyt Qarvi ilə ailə həyatı qurmuşdur.

Həmçinin bax

  • Vikipediya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cimmi Vels haqqında məlumat. Cimmi Vels nədir? Cimmi Vels nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vampir

  • Fevral 27, 2026

    39 (ədəd)

  • Fevral 27, 2026

    Sundalılar

  • Fevral 24, 2026

    Bazardüzü

  • Fevral 27, 2026

    La-Şo-de-Fon

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst