Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nodar Dumbadze (gürc. ნოდარ დუმბაძე; 14 iyul 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 14 sentyabr 1984, Tbilisi) — gürcü yazıçısı və ssenaristi.

Nodar Dumbadze

  • Ana Səhifə
  • Vikipediya
  • Nodar Dumbadze

Nodar Dumbadze (gürc. ნოდარ დუმბაძე; 14 iyul 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 14 sentyabr 1984, Tbilisi) — gürcü yazıçısı və ssenaristi.

Nodar Dumbadze
ნოდარ დუმბაძე
Doğum tarixi 14 iyul 1928(1928-07-14)
Doğum yeri
  • Tiflis, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1984(1984-09-14) (56 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Milliyyəti Gürcü
Həyat yoldaşı Nanuli Ququnava
Uşaqları Manana, Zaza, Ketevan
Atası Vladimir Dumbadze
Anası Anna Baxtadze
Təhsili
  • Tbilisi Dövlət Universiteti (–1950)
İxtisası İqtisadçı
Fəaliyyəti nasir, şair, ssenarist, publisist, siyasətçi, yazıçı, romançı, hekayə yazıçısı[d], iqtisadçı
Əsərlərinin dili Gürcücə
Janrlar Hekayə, şeir, roman, ssenari
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"Lenin" mükafatı Lenin komsomolu mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisidə doğuldu. Atası Vladimir Dumbadze Gürcüstan Kominist Partiyasının Maiakovski rayon komitəsinin birinci katibi, anası Anna Baxtadze isə evdar qadın idi. 1937-ci il Repressiyaları zamanı atasını güllələdilər, anası isə həbs olunub sürgün edilidi. Nodar 8 yaşında olanda xalaları onu Apxaziyaya apardı, bu zaman o, Tbilisi 15 saylı orta məktəbində oxuyurdu. Əmiləri həbs edilib güllələndikdən sonra onu nənəsi və babasının yanına, Çoxaturi rayonu Zenoba kəndinə göndərdilər.

1945-ci il Nodar Çoxaturi rayonu Xidistavi kənd orta məktəbini bitirdi və təhsilini dəvam elətdirmək üçün Tbilisiyə qayıtdı. 1950-ci ildə Tbilisi Dövlət Üniversitetinin ekonomika fakültetini bitirdikdən sonra Üniversitetin labaratoriyasında assestant olaraq işləyirdi bununla birlikdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. 1956–1957 illərdə onun yumoristik heykayələrinin üç kolleksiyası yayınlandı. 1957-ci ildə yaradıcılıq fəaliyyəti ilə çox məşğul olduğundan işi buraxdı. O Fərqli-fərqli jurnallarla əməkdaşlıq edirdi, bununla paralel olaraq da film ssenariləri yazırdı. Eyni zamanda yumoristik heykayələri dərc olunurdu.

1951-ci ildə Nanuli Ququnava ilə ailə qurdu. Onların Manana, Zaza (5 yaşında vəfat etdi) və Ketevan adlı üç uşaqları dünyaya gəldi.

Nodar Dumbadze 1984-cü ildə Tbilisi şəhərində vəfat etdi. İlk öncə Tbilisidə Mziuri parkında dəfn edilmişdi hansı ki, parkın tikinti fikri özünə məxsus idi. 2009-cu il 14 sentyabr tarixində məzarı Mtatsminda Yazıçılar və İctimai Xadimlər Panteonuna köçürüldü.

Yaradıcılığı

Nodar Dumbadzenin şeirləri Tbilisi Dövlət Universitetinin tələbə almanaxında dərc olunurdu. 1950-ci ildən başlayaraq şeirləri və yumristik heykayələri mətbuatda müntəzəm olaraq dərc olunmağa başladı. 1975-ci ildə roman və heykayələrinə görə Rustaveli mükafatına, 1980-ci ildə isə Lelin mükafatına layiq görüldü. Əsərlərinin çoxu rus, ukrayn, moldav, erməni, azərbaycan, ingilis, alman, ispan, polyak, yapon , türk, ərəb və başqa dillərə tərcümə edilmişdir.

Romanları:

  • Mən, nənəm, İliko və İlarioni (gürc. მე, ბებია, ილიკო და ილარიონი) — 1960-cı il.
  • Günəşi görürəm (gürc. მე ვხედავ მზეს) — 1962-ci il.
  • Günəşli gecə (gürc. მზიანი ღამე) — 1967-ci il.
  • Qorxma, ana! (gürc. ნუ გეშინია, დედა!) — 1971-ci il.
  • Ağ bayraqlar (gürc. თეთრი ბაირაღები) — 1973-cü il.
  • Əbədiyyət qanunu (gürc. მარადისობის კანონი) — 1978-ci il.

Azərbaycanca çıxan kitabları:

  • Kukaraça (Bakı: Gənclik, 1989)
  • Mən, nənəm, İliko və İllarion (Bakı: Gənclik, 1975. Altun, 2012)
  • Mən günəşi görürəm (Bakı: Gənclik, 1986)
  • Ağ bayraqlar (Bakı: Yazıçı, 1979. Gənclik, 1997)
  • Xatirələr işığında (Bakı: Yazıçı, 1989)

Həmçinin bax

  • Nikolaz Barataşvilinin ev-muzeyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nodar dumbadze sözünün mənası, nodar dumbadze haqqında məlumat. nodar dumbadze nədir? nodar dumbadze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Niyazi Bədəlov

  • Mart 06, 2026

    Naqalend

  • Mart 06, 2026

    Krijevtsi

  • Fevral 27, 2026

    Müaviyə

  • Fevral 24, 2026

    Adamantios Korais

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst