Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir.

Nişan üzüyü

  • Ana Səhifə
  • Vikipediya
  • Nişan üzüyü

Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir.

Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir.

Mündəricat

Tarixi

Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.

Əlamətlər və adətlər

Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur. Avropanın əksər ölkələrində isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanır və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışdılar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə M hərfi yazdırmışdı.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil: irsi olaraq verilən üzük istisnadır.

Nişan üzüyünün necə olması, bahalığı və ya ucuzluğu, vacib deyil. Sevginin qiyməti bahalı üzüklərlə ölçülmür. Əsas odur ki, bu, sevgililərin zövqüncə olsun.

Alternativ toy üzükləri

Son illərdə ağıllı üzüklər kral ailəsinin üzvləri və məşhurlar tərəfindən klassik toy üzüklərinə alternativ olaraq istifadə olunurdu. Belə ağıllı üzüklər partnyorun ürək döyüntüsünü hiss etməyə imkan verən fəaliyyət izləyiciləri və ya rabitə cihazları ola bilər.

Həmçinin bax

  • Kladdax üzüyü
  • Sevgi
Vikianbarda Nişan üzüyü ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nişan üzüyü sözünün mənası, nişan üzüyü haqqında məlumat. nişan üzüyü nədir? nişan üzüyü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Boz sarılıqotu

  • Fevral 10, 2026

    Azərbaycanca Vikipediya

  • Fevral 27, 2026

    Mərifət Nəsibov

  • Fevral 27, 2026

    Orta temperatur

  • Fevral 26, 2026

    E.ə. 824

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst