Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kladdax üzüyü (irl. fáinne Chladaigh) — dostluq əlaməti olaraq təqdim olunan ənənəvi irland üzük növü; bəzən nişan üzüyü kimi istifadə olunur. Bu dizayndakı ilk

Kladdax üzüyü

  • Ana Səhifə
  • Vikipediya
  • Kladdax üzüyü

Kladdax üzüyü (irl. fáinne Chladaigh) — dostluq əlaməti olaraq təqdim olunan ənənəvi irland üzük növü; bəzən nişan üzüyü kimi istifadə olunur. Bu dizayndakı ilk üzük İrlandiyanın Qaluey əyalətindəki Kladdax balıqçılıq kəndində edildi. Üzükdə ürək tutan bir cüt əlin üzərində tac təsvir olunub. Ürək — sevgi, əllər — dostluğu (güvən), tac isə sədaqət simvoludur.

Kladdax üzüyü

İrland nişan üzüklərində adətən "Grá, Dilseacht, agus Cairdeas" (azərb. sevgi, sədaqət və dostluq‎) şüarı ilə nişanlanır. Bəzən bu şüarın təcəssümlərindən biri olan Kladdax üzüklərində də rast gəlmək olar.

İrlandiya kartof qıtlığı dövründə bir çox irland ölkəsini tərk etmək məcburiyyətində qaldı və Kladdax üzüyü mühacirlərlə birlikdə Amerika Birləşmiş Ştatlarına yayıldı. Hal-hazırda Kladdax üzükləri İrlandiyadan kənarda da geniş tanınır.

Mündəricat

Simvolika

Kladdax üzükləri dostluq və ya nişan əlaməti olaraq geyilir. Lakin aşağıdakı nüanslar da var:

  • Üzük sağ tərəfdən geyilirsə və ürək sahibindən əks tərəfə (yəni barmaqların uclarına) yönəldilirmişsə, bu Kladdax üzük sahibinin sevgi axtardığını göstərir.
  • Üzük sağ tərəfdən geyilirsə və ürək üzük sahibinə tərəf çevrilərsə, bu üzük sahibinin sevgi münasibətində olduğunu göstərir.
  • Sol əlindəki ürəklə sahibinə çevrilən üzük — nişan üzüyü sayılır.

Sonradan üzüyü taxmağın dördüncü yolu yarandı — sol tərəfdən, geyindiyi şəxsin ürəyinə əks tərəf. Müxtəlif mənbələrə görə bu toy mərasimi, nişan, dul və ya boşanma zamanı geyilir. помолвленные

Ənənəyə görə, Kladdax üzüyü nənədən nəvəsinə, anadan qızına və ya nəsildən-nəslə ötürülür.

Əfsanə

Kladdax — 1660–1737-ci illərdə müəyyən Riçard Coys adlı şəxsin yaşadığı İrlandiyanın qərbindəki kiçik bir balıqçı kəndidir (hazırda Qaluey şəhərciyi).

O, öz doğma yurdunu tərk edərək, Vest-İndiyaya işləməyə gedir. Qayıtdıqdan sonra Riçard sevgilisi ilə evlənmək fikrində olsa da, Kladdaxa tərəf səfərində, onun gəmisi Əlcəzair piratları tərəfindən tutulur. Riçard dustaq olur və mavr zərgərə qul kimi satılır. Qul tez bir zamanda ustadının sənətkarlığını mənimsəyir və qısa müddətdə mükəmməl sənətkar olur. Uzaq yurduna həsrət qalan zərgər, bir tac altında ürək tutan iki əl şəklində bir üzük yaradır. Daha sonra bu üzük Kladdax üzüyü kimi tanınır. Sonda Riçard Coysun bəxti gətirdi: 1689-cu ildə Uilyam III, tacqoyma mərasimindən çox keçmədən, bütün Britaniya qullarını azad etmək üçün mavrlarla ilə razılaşdı.

Keçmiş sahibi Riçardın yeganə qızı ilə evlənməyi və zərgərlik emalatxanasının ortağı olma təklifini etsə də, Riçard vətəninə qayıtdı. Bütün bu müddət ərzində Riçardın gəlini onu sədaqətlə gözləyirdi və heç kim evlənməmişdi. Onlar evləndilər və Riçard vətənində zərgərliklə məşğul olmağa başladı.

Hər hansı bir əfsanə kimi, Kladdax üzüyünün mənşəyi ilə bağlı hekayə də onun doğruluğuna dair əsaslı şübhələrə məruz qalır. Fakt budur ki, ən qədim qalan halqalarda "R.I." yazısı var və Riçard Coys (ing. Richard Ioyes) adlı zərgər həqiqətən də mövcud idi. Qeyd olunmalıdır ki, zərgərin damğası olan lövbər — ümid simvoludur.

Hesab olunur ki, 1730-cu illərdə Riçard Coysun zərgərlik emalatxanası bağlandıqdan sonra, Kladdax üzüklərinin istehsalı dayandırıldı və Corc Robinson (ing. George Robinson tərəfindən bir nəsil (dövr) keçdikdən sonra bərpa edildi. Daha sonra belə üzükləri Qaloueyin digər zərgərləri istehsal etməyə başladı.

1853-cü ilin şəkilində Kladdax üzüyü

Aşağıda XVII əsrin sonu — XVIII əsrin əvvəllərində hazırlanmış Kladdax üzüklərinin mişanlanması üçün bir neçə variant qeyd olunub:

Nişan Zərgərin adı və şəhəri
RI Riçard Coys (Richard Joyce), Qaluey
GR Cors Robinson (George Robinson), Qaluey
AR Endryu Robinson (Andrew Robinson), Qaluey
NB Nikolas Börc (Nicholas Burdge), Qaluey
F Ostin Frenç (Austin French), Qaluey
JD RD WD Dillon
JS Con Şedvell (?John Shadwell)
TH ?

Digər versiyalar

Kladdax üzüyünün mənşəyinin ikinci versiyasına görə, Marqaret Coys adlı xanım Qalueydə yaşayan varlı ispan taciri Dominqo de Rone ilə evlənir. Ərinin qəfil ölümündən sonra Coysa böyük bir miras qalır. 1596-cı ildə Marqaret Qalueyin hökmdarı Oliver Oq Frenç (ing. Oliver Og French) ilə evlənir. Marqaret varını Konnaxtda bir neçə körpü tikməyə və xeyriyyəçilik işinə sərf etdiyindən, taleh onu mükafatlandırır: qartal onun dizlərinə qızıl üzük atır. Üzüyün əvvəlki əfsanələrdən daha qədim olduğunu israr edən digər versiyalar var.

  • Kelt mifologiyasının üzərində qurulan versiya: Üzükdəki tac Baha-İleni (Beathauile) simvolizə edir, sol əl — İrlandiya xalqının anası olan Dananı, sağ əli isə tanrıların qüdrətli atası olan Daqdanı (Dagda Mór) təmsil edir.
  • Balıqçı versiyası: Kladdax üzüyündə olan görüntü, bu bölgənin balıqçılarının bir növ "loqosu" sayılır. Şəkil gəmilərdə və yelkənlərdə təsvir olunur, hər balıqçı üzüyü peşəyə aid olan bir əlamət olaraq geyirdi. Yerli balıqçılar belə bir üzük təqdim edə bilməyən bir qayıqla qarşılaşanda, onu məhv edə bilərdilər.
  • Kilsə versiyasının iki variantı var. Birinci variantda Məsihin keyfiyyətləri kimi sevgi, dostluq və sədaqəti, ikinci variantda isə üzükdə insanlığı (ürək) qoruyan Üç üqnum (tac və iki əl) rəmzi qeyd olunur.

Kladdax üzüklərinin məşhur sahibləri

Gümüş Kladdax üzüyü

Qaluey balıqçıları padşahlarının əfsanəsinə görə, Kladdax üzüyü hökmdarların şüarını simvollaşdırır:

" Biz sevgi və dostluq ruhunda idarə etmək istəyirik. "

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kladdax üzüyü sözünün mənası, kladdax üzüyü haqqında məlumat. kladdax üzüyü nədir? kladdax üzüyü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yamb

  • Mart 06, 2026

    Denis Lou

  • Fevral 24, 2026

    Xızı

  • Mart 01, 2026

    Z189

  • Mart 06, 2026

    Sumire Uesaka

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst